16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Meteor yağışı olacaq

Meteor yağışı olacaq

"İlin müəyyən günlərində Yer öz orbiti üzrə hərəkət edərək kometlər və ya asteroidlərlə əlaqəli xüsusilə sıx axınlardan keçir və bu, illik meteor yağışına səbəb olur. Bu cür meteor yağışları hər il təkrarlanır. Bu il "ε-Perseid" meteor yağışı sentyabrın 5-dən 21-dək aktiv olacaq və sentyabrın 9-da pik həddə çatacaq".

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Oxu.Az-a verilən məlumata görə, Bakıdan baxanda yağış hər gecə saat 19:30-da üfüqün şərq tərəfində görünəcək və saat 05:45-dən səhərə qədər aktiv qalacaq.

Yağış saat 05:00-da - üfüqdən ən hündür nöqtədə olanda daha intensiv olacaq. Yağışın pik nöqtəsində saatda 10-a qədər meteor görüləcəyi təxmin edilir.

Qeyd edək ki, Yer kürəsi kometlər və asteroidlərdən sonra geridə qalan dağıntı axınlarından keçdikdə meteor yağışları yaranır. Bu dağıntılardan biri Yer atmosferi ilə toqquşduqda təxminən 70-100 km yüksəklikdə yanmağa başlayır və "düşən" ulduzlar kimi görünür.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница