16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Güclü meteor yağışı olacaq: 110-a qədər "ulduz axacaq"

Güclü meteor yağışı olacaq: 110-a qədər "ulduz axacaq"
Kvadrantida meteor axının fəaliyyəti yanvarın 4-ü, çərşənbə gecəsi pik həddə çatacaq. Lakin Aydan gələn işıq səbəbindən onun gecə səmasında tam şəkildə müşahidəsi mümkün olmayacaq.
Bu barədə Moskva Planetariyasının mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, meteor axını dekabrın 28-dən yanvarın 12-dək aktiv olacaq və ilin əvvəlində maksimum həddə çatacaq. Astronomların ehtimalına görə, yanvarın 4-nə keçən gecə isə saatda 110-a qədər "ulduz axacaq".
"Ulduz yağışını gecə yarısından sonra daha yaxşı müşahidə etmək olar. Kvadrantid gecənin ikinci yarısında kifayət qədər hündürlüyə yüksəlir. Meteor yağışını görmək üçün səmanın şimal-şərq üfüqünə baxmaq lazımdır. Lakin bu il bu hadisəni müşahidə etmək üçün əlverişsiz şərait olacaq, çünki bu zaman Ayın bədrlənməsi başlayacaq", - deyə planetariyadan məlumat verilib.
Qeyd edilib ki, bədrlənmiş Ay səmanı işıqlandıracağı üçün uçan meteorları ayırd etmək çətinləşəcək.(Oxu.az)


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница