08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Bakıda qəzetlərə bükülüb satılan TƏHLÜKƏ - VİDEO - FOTO

Bakıda qəzetlərə bükülüb satılan TƏHLÜKƏ - VİDEO - FOTO
Bakıda qəzetlərə bükülüb satılan TƏHLÜKƏ - VİDEO - FOTO



Paytaxtda peraşki və digər xəmir məhsulları satılan bir sıra obyektlərdə, sözün əsl mənasında, anti-sanitariya hökm sürür. İşçilərin əllərində əlcək yoxdur, qab-qaşıq bərbad haldadır. Bu şəraiti görən bu yerlərdən nəsə aldığına peşman olar.

MAY.AZ bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

İsa Əliyev - Qida Mühəndisi: "Onlar da bunu alırlar. Və bunlar, təəsüflər olsun, insan səhhəti üçün çox böyük təhlükə kəsb edir. Bəlli bir prosesləri olmalıdır. Yəni o prosedurlara diqqət olunmalıdır".

Əhalinin sıx olduğu yerlərdə təşkil edilən bu "bazar" təmizlik qaydalarından və tələblərdən xeyli uzaqdır. Ən əsas problem peraşki qızartmaq üçün istifadə edilən yağın tez-tez dəyişdirilməməsidir.

Günay Rəsulova -Həkim: "Yağ bir neçə dəfə termik təsirə məruz qalır adətən. Yağ yanarsa, bu, artıq kansirogendir. Xərçəng əmələ gətirən maddələr əmələ gətirir. Yanmış, təsirə məruz qalan yağda hazırlanan yeməklərin uşaqlara verilməsi tamamilə yalnışdır. Bura peraşki də daxildir".

Satıcı: "Yağı hər gün səhər dəyişirik".

Günay Rəsulova - Həkim: "Bəzən üzərində yazı olan kağızlara, qəzetlərə bükülür verilir. Bu isə tamamilə böyük bir yalnışdır. Həm gigiyenik baxımından doğru deyil, həm də bu yazıların üzərində olan kimyəvi maddələrin qidaya qarışaraq, zərər verməsinə səbəb ola bilər".

Sakin: "Evdə də bişirilir. Amma basa-basda məcbur alıb yeyirik".

Sakin: "Peraşki yeyən deyiləm amma arada alıb yeyirəm".

AQTA-dan isə bildirildi ki, belə obyektlərə qarşı mütəmadi olaraq reydlər keçirilir. Fəaliyyətində yol verdiyi nöqsanlara görə, bəzi obyektlər bağlanılır, bəzilərinə isə xəbərdarlıq edilir.

Əkbər Əliyev - AQTA-nın Bakı şəhər idarəsinin rəisi: ""Nizami" metrosu ətrafında belə yerlər olub və biz onu bağlamışıq. Yasamal rayonunda bu cür müəssisələr olub. Biz onları həm inzibati məsuliyyətə cəlb etmişik, həmçinin də onların fəaliyyətinə qadağa qoyulub. Lakin elə müəssisələr də olub ki, biz onlara vaxt vermişik".

AQTA nümayəndəsi onu da bildirdi ki, əgər vətəndaşlar hər hansı xoşagəlməz fakta rast gələrsə, bu barədə agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat verə bilərlər.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница