08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Sabah 36° isti olacaq - Hava proqnozu

Sabah 36° isti olacaq - Hava proqnozu

Bakıda və Abşeron yarımadasında iyulun 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən BiG.AZ-a verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Azərbaycan rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.





Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница