09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Azərbaycanda Hepatit A virusu yayılır- Necə qorunaq?

Azərbaycanda Hepatit A virusu yayılır- Necə qorunaq?
Bakı şəhəri Suraxanı rayonu Əmircan və Bülbülə qəsəbələrinin əhalisi arasında dekabr ayından başlayaraq yoluxucu Hepatit A virusu yayılıb. Bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi məlumat yayıb.


Mövzu ilə bağlı BiG.AZ-a danışan həkim-infeksionist Aqil Kəməndli bildirib ki, Əmircan, Bülbülədə Hepatit A-nın su vasitəsilə yayıldığı ehtimal olunur. Azərbaycanda suda bu virusu təyin etmək metodu yoxdur.Ona görə bu virusun mənbəyini tapa bilmirlər.


Həkim qeyd edib ki, Hepatit A-dan qorunmağın ən yaxşı yolu yuyulmuş meyvə -tərəvəzdən istifadə etmək, əllərin doğru-düzgün yuyulmasını təmin etməkdir. Hepatit A çox vaxt sağalma ilə keçir. Hepatit B, C virusları kimi xronikiləşmir. Özü spontan sağalır. 0,5 faiz ehtimal var ki, fulminal hepatit dediyimiz qaraciyər yetməzliyinə getsin:


"Hepatit A virusuna 3-15 yaş aralğında olan uşaqlar daha çox yoluxur. Hepatit A ən çox yuyulmamış meyvə-tərəvəzlərdən, əllərdən mədə-bağırsaq sisteminə daxil olur, bir müddət orada qaldıqdan sonra qan və limfa yolu ilə bütün orqanizmə yayılaraq ən çox qaraciyərdə toksik təsirini göstərir. Hepatit A-dan qorunmağın ən yaxşı yolu yuyulmuş meyvə-tərəvəzdən istifadə etmək, əllərin doğru-düzgün yuyulmasını təmin etməkdir. Xəstəliyə qarşı vaksinasiya təyin olunub. Bu vaksinasiya 6 ay aralıqla 2 dəfə icra olunur. Hepatit A-ya qarşı immunoqlobulin də var. Xəstə ilə təmas zamanı və ya hər hansı xarici ölkəyə getdikdə immunoqlobulin vurulur. İmmunoqlobulin tez müddətdə vurulmağı daha yaxşıdır. Amma qoruyuculuğu azdır. Vaksinasiya olunduqda 20 il və daha artıq Hepatit A-dan qorunmaq mümkündür. Bu xəstəliyin fəsadlarını görmürük. Çox vaxt sağalma ilə keçir. Hepatit B, C virusları kimi xronikiləşmir. Özü spontan sağalır. 0,5 faiz ehtimal var ki, fulminal hepatit dediyimiz qaraciyər yetməzliyinə getsin.Bu da çox aşağı göstəricidir".

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница