09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

200 iynə udan 28 yaşlı Emindən xəbər var: Həyati təhlükəsi...

200 iynə udan 28 yaşlı Emindən xəbər var: Həyati təhlükəsi...
200 iynə udan 28 yaşlı Emindən xəbər var: Həyati təhlükəsi...


Daha əvvəl sizə 200 iynə udan Şəmkir sakini, 28 yaşlı Emin İsayev haqqında xəbər vermişdik. Əldə etdiyimiz məlumata görə, onun vəziyyətində müsbət dəyişikliklər var.

Bu barədə onun dayısı Şəki Əsgərov məlumat verib.

Onun sözlərinə görə, E.İsayev Şəmkir rayon Mərkəzi Xəstəxanasında müalicə alır:

"Bakıdan qayıdandan sonra Gəncəyə həkimə apardıq. Orada da həkimlər məsuliyyəti öz üzərinə götürmək istəmədi. Gətirdik Şəmkir rayon Mərkəzi Xəstəxanasına. Orada müalicə alır. Həkimlərlə dünən danışmışam. Dediklərinə görə, az-az olsa da, yemək yeyir. İynələr də bir dəfə 11-i, bir dəfə səkkizi nəcisə qarışaraq bədəndən xaric olub. Həyati təhlükəsi ilə bağlı dəqiq söz deyən yoxdur, amma Allahdan ümid kəsilməz. Bayram günləri evə gətirmişdilər. Dünən yenə aparıblar xəstəxanaya”.



Şəmkir rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ayaz İbrahimov Oxu.Az-a açıqlamasında xəstənin vəziyyətinin orta-ağır olduğunu deyib:

"Bəli, pasiyent xəstəxanamızda ciddi stasionar müalicə şəraitində saxlanılır. Mütəmadi olaraq Bakıdan olan professorlarla, respublikanın baş cərrahı ilə əlaqə saxlayırıq. Xəstənin vəziyyəti barədə fikir mübadiləsi aparılır.

Vəziyyəti kifayət qədər kritik olduğu üçün hələ heç bir söz demək olmaz. Amma nəcis vasitəsilə bədəndəki iynələrin 5-10 dənəsi bədəndən xaric olub. Normal yemək yeyir. Ümumi vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir”.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница