16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Ərzaq qiymətləri ilə bağlı xoş xəbər - Bu tarixdən ucuzlaşa bilər

Ərzaq qiymətləri ilə bağlı xoş xəbər - Bu tarixdən ucuzlaşa bilər
Beynəlxalq reytinq agentliyi olan "Fitch Ratings" Azərbaycanda inflyasiya səviyyəsinin 2023-2024-cü illərdə azalacağını proqnozlaşdırıb.
BiG.AZ Trend-ə istinadən xəbər verir ki, illik inflyasiyanın azalması manatın Azərbaycanın Türkiyə və Rusiya kimi əsas ticarət tərəfdaşlarına nisbətdə nominal effektiv bahalaşması və dünyada ərzaq qiymətlərinin ucuzlaşması ilə əlaqəlidir.
Buna baxmayaraq, ərzaq və qeyri-ticari məhsullar (əsasən xidmətlər) üzrə təzyiqlər güclü olaraq qalmaqdadır.
"İllik inflyasiyanın 2023-cü ilin sonuna qədər Azərbaycan Mərkəzi Bankının (AMB) hədəf diapazonu tavanına (4±2%) yaxınlaşacağını proqnozlaşdırırıq. Beləliklə, orta inflyasiya 2023-cü ildə 10,1%-ə, 2024-cü ildə isə 6%-ə qədər azalacaq", - agentliyin məlumatında deyilir.
Qeyd edək ki, "Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini (EDR) müsbət proqnozla "BB+" səviyyəsində təsdiqləyib.
"Fitch Ratings Inc." dünyanın ən nüfuzlu reytinq agentliklərindən biridir. Agentliyin məqsədi müştəriləri üçün qərar qəbulunun effektivliyini artırmaq və biznes riskləri azaltmaq məqsədilə biznes analitikasının təqdim olunmasından ibarətdir.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница