08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Əhaliyə ŞAD XƏBƏR: Pensiyalar artırıla, banka borclar bu yolla silinə bilər - VİDEO

Əhaliyə ŞAD XƏBƏR: Pensiyalar artırıla, banka borclar bu yolla silinə bilər - VİDEO
Azərbaycanda pensiyalar yenidən artırıla bilər. Buna səbəb "Sosial Sığorta haqqında" qanuna edilən dəyişiklikdir.
Publika.az xəbər verir ki, yenilik nəticəsində Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitləri investisiyalara yönləndiriləcək.
Yəni fondun gəlirləri xərclərindən çox olarsa, əldə qalan sərbəst kapital əlavə gəlir mənbəyinə çevriləcək. Bu həm pensiayalar, həm də pensiya kapitalının artımına şərait yaradır.
Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Zəka Mirzəyev itv-yə bildirib ki, bu əməliyyatların qanunauyğunluğuna, şəffaflığına, gəlirliliyinə, maliyyə və əməliyyat risklərinə nəzarət etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İnvestisiya Şurası formalaşdırılır: "Hansı istiqamətlərə investisiya yönləndiriləcək, hansı hədəflər müəyyənləşdiriləcək, maliyyə və əməliyyat risklərinin nədən ibarət olacağı ilə bağlı İnvestisiya Şurası hər il bir dəfə investisiya sənədini təsdiqləyəcək".
Yeniliklərdən əlavə əhalini sevindirəcək təkliflər də mövcuddur. Əhalinin istəyini nəzərə alaraq pensiya kapitalının fərqli istiqamətlərdə istifadəsi nəzərdə tutulur. Millət vəkili Vüqar Bayramov bildirib ki, səhiyyə xidmətini almaq, kommunal xidməti ödəmək, kredit öhdəlikləri olan vətəndaşların borcunu ödmək üçün pensiya kapitalının bir hissəsinin bu isitqamətə yönləndirilməsi məqsədəuyğun olardı".
Ətraflı videomaterialda izləyə bilərsiniz:


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница