Xeberler

İmtahanda 700 Bal Toplayan Qız

Paylaş:
İmtahanda 700 Bal Toplayan Qız


TQDK ali təhsil müəssisələrinə cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini elan etdikdən sonra 6 nəfərin 700 bal topladığı müəyyənləşdi. Onlardan 5-i oğlan, 1 qızdır.


Yeganə xanım məzun və ən yüksək nəticə göstərən Səbinə İsmayılovadır.

Qazaxın Canallı kəndində doğulan Səbinə elə yaşadığı kənd məktəbinin məzunu olub. Məktəbin direktoru Ulduzə Məmmədova Səbinənin ziyalı ailədə böyüdüyünü, təhsil ocağında təlim tərbiyəsi ilə seçildiyini bildirib.

Direktor həmçinin 700 bal toplayan şagirdin 10-cu sinifdə oxuyan zaman Kimya olimpiyadasının qalibi olduğunu da açıqlayıb.

Kənd məktəbini bitirib test tapşırıqlarının hər birinə düz cavab yazan S. İsmayılova ailənin böyük övladıdır. Qeyd edək ki, 2 qardaşın yeganə bacısı IV ixtisas qrupunda ən yüksək nəticəyə sahib olub.

Təqvim

«    sentyabr 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Xəbərlərə abunə olun!
Мы не спамим
Яндекс.Метрика
--->