Nazirlikdən oruc tutan şəxslərə müraciət

Nazirlikdən oruc tutan şəxslərə müraciət
Səhiyyə Nazirliyi (SN) Elmi-Tədqiqat Kardiologiya İnstitutu ürək-damar xəstəlikləri olan şəxslərə müraciət edib.
“Qafqazinfo”nun məlumatına görə, İnstitutunun direktoru, professor Gülnaz Dadaşova tərəfindən yayılan müraciətdə deyilir:

“Ürək damar sıstemi xəstələrinin nəzərinə! Müqəddəs Ramazan ayında oruc tutub-tutmayacağınızı kardioloqunuza mütləq məsləhət edin! Oruc tutulmasına icazə verildiyi halda isə dərmanları hansı qaydada qəbul edəcəyinizi həkiminizdən soruşun. Orucun nəfsi tərbiyə etdiyini unutmadan iftar və imsakda düzgün qidalanmalı, yetərli maye qəbuluna mütləq diqqət edilməlidir”,
Həkim bildirib ki, sinə ağrısı, nəfəs darlığı kimi ürək-damar xəstəlikləri ilə bağlı davam edən şikayətləri olanlara oruc tutmamalıdırlar:
“Həmçinin, inkişaf etmiş ürək çatışmazlığı olan xəstələr, xüsusilə yay dövründə yüksək dozada diaretik qəbul edən xəstələrin oruc tutması əlverişsizdir. Son 6 ayda infarkt keçirən, ürək xəstəliyi səbəbiylə sinə ağrısı olan, son 6 ayda balon, stent va ya bypass əməliyyatı keçirən, nəzarət olunmayan və ya həyatı üçün təhlükə yaradan aritmiyaları olan xəstələr, rezistent hipertoniya, yəni dərman terapiyasına baxmayaraq, yüksək təzyiqi olan xəstələr qan təzyiqi normallaşana qədər oruc tutmamalıdırlar”.

Xeberler / Hava
Sabaha bir yağış yağacaq ki...

Sabaha bir yağış yağacaq ki.....

Xeberler
Bu ölkə Azərbaycanla sərhədi bağlamadı

Bu ölkə Azərbaycanla sərhədi bağlamadı..

Xeberler
Xəzərdə gəmidən dənizə düşən fəhlənin ölümü ilə bağlı cinayət işi başlanıb

Xəzərdə gəmidən dənizə düşən fəhlənin ölümü ilə bağlı..

Xeberler
"Bu kampaniyanı aparanlar xarici dövlətlərdən maliyyələşənlərdir"

"Bu kampaniyanı aparanlar xarici dövlətlərdən..

Xeberler
Bakının ən hündür 10 binası - SİYAHI

Bakının ən hündür 10 binası - SİYAHI..

Xeberler
Azərbaycanda az miqdarda narkotikə görə cinayət məsuliyyəti ləğv edilir

Azərbaycanda az miqdarda narkotikə görə cinayət..

Rəylər (0)