16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Ərdoğan zəlzələnin vurduğu ziyanın məbləğini açıqladı

Ərdoğan zəlzələnin vurduğu ziyanın məbləğini açıqladı
"Zəlzələnin vurduğu ziyan təqribən 104 milyard dollara çatacaq. Bu miqyasda fəlakətlə heç bir ölkənin təkbaşına mübarizə aparması mümkün deyil".
"Qafqazinfo" xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə və Suriyanın zəlzələdən zərər çəkmiş bölgələrinə dəstək məqsədilə İsveçdə təşkil olunan Beynəlxalq Donorlar Konfransına canlı bağlantısı zamanı deyib.
O qeyd edib ki, zəlzələ bölgəsində 11 vilayətdə dağılmış, ağır zədələnmiş, yəni istifadəyə yararsız binaların sayı 298 minə çatır.
Bu çətin günlərdə Türkiyəyə yardım edən bütün dövlət və təşkilatlara təşəkkürünü bildirən dövlət başçısı bildirib ki, zəlzələdə dağılmış bütün şəhərlər yenidən qurulacaq:
"Məqsədimiz bir il ərzində zəlzələ bölgəsinin ehtiyaclarını ödəyəcək qədər bina tikməkdir. İlk ildə 319 min, ümumilikdə isə 650 min mənzil inşa edərək təhvil verməyi planlaşdırırıq. Çadır şəhərcikləri, konteynerlərin tikintisini eyni vaxtda davam etdiririk. İki ayda 108 min konteyner quraraq yarım milyon insanı yerləşdirəcəyik".
Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş ardıcıl güclü zəlzələlər nəticəsində ölənlərin sayı 50 mini keçib.



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница