16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR - RƏSMİ AÇIQLAMA

Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR - RƏSMİ AÇIQLAMA
"Azərbaycanda internet istifadəçiləri köhnə tariflərlə müqayisədə hər mbit/s sürət üçün 2 dəfə az (-60%) ödəniş edirlər".
Bu sözləri BAKU.WS-ə açıqlamasında "Aztelekom" MMC-nin mətbuat katibi Alidə Mustafayeva deyib.
O, vətəndaşların son vaxtlar internetin sürətindən narazılıq etmələri, "Qiymət qalxsa da, sürət artamdı" kimi söyləntilərinə cavab olaraq bildirir ki, istehlakçıların yüksək internet sürətinə artan tələbatı və texnoloji tələblər nəzərə alınaraq "Aztelekom" MMC və "Baktelekom" MMC 4 mbit/s və 10 mbit/s tariflərini ləğv edərək abunəçilərin daha sürətli internetə keçidini təmin edib:
"Bu məqsədlə GPON (Gigabit Passive Optical Network) 4 mbit/s və 10 mbit/s tariflərinin istifadəçiləri 6 avqust 2022-ci il tarixindən müvafiq olaraq 15 mbit/s və 30 mbit/s tarif paketinə köçürülüb. Bu dəyişikliklə aşağı sürət tarifləri ləğv edilərək daha yüksək sürətə keçid təmin olunub ki, bu da qısa yükləmə müddətinə, həmçinin yüksək internet sürəti tələb edən onlayn xidmət və platformalardan yararlanmağa imkan verir. Qiymət dəyişikliyinə gəlincə, xidmət istifadəçiləri 3 qat sürət tariflərinə keçirilib və köhnə tariflərlə müqayisədə hər mbit/s sürət üçün 2 dəfə az (-60%) ödəniş edirlər".
Qurum rəsmisi onu da vurğuladı kİ, "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC üzrə tarif dəyişikliyi bu il bir dəfə – 6 avqust 2022-ci il tarixində baş verib:
"Aztelekom" MMC-yə (Bakı Telefon Rabitəsi MMC) internetin sürətinin azalması ilə bağlı kütləvi müraciət daxil olmayıb. Əgər fərdi halda hər hansı nasazlıq baş verərsə, "Aztelekom" MMC abunəçilərindən 170, "Bakı Telefon Rabitəsi" MMC abunəçilərindən isə 155 Çağrı mərkəzinə müraciət etmələrini xahiş edirik. Hər bir müraciət ən qısa zamanda araşdırılacaq və yaranmış problem aradan qaldırılacaq.
"Bakı Telefon Rabitəsi" MMC və "Aztelekom" MMC ölkə ərazisində dövlət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə və əhaliyə müasir simli və simsiz texnologiyalar vasitəsilə stasionar telefon, genişzolaqlı internet, rəqəmsal TV və bir sıra digər telekommunikasiya, multimedia xidmətləri göstərir. Belə ki, yalnız internet xidməti deyil, həmçinin internet xidmətinin telefoniya və digər əlavə xidmətlərlə birləşdirilməsi əsasında müxtəlif tarif paketləri təqdim edilir".
Abunəçilərə təklif olunan bir neçə tarif paketində onlar özləri sürəti seçmə haqqına sahibdirlər. Burada da qiymət tarifə müvafiq olaraq dəyişir. Bu, beynəlxalq təcrübə ilə eynilik təşkil edir.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница