09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

ŞOK İDDİA - Zibil poliqonuna tökülmüş ərzaq məhsulları təkrar istifadəyə verilir - VİDEO

ŞOK İDDİA - Zibil poliqonuna tökülmüş ərzaq məhsulları təkrar istifadəyə verilir - VİDEO
ŞOK İDDİA - Zibil poliqonuna tökülmüş ərzaq məhsulları təkrar istifadəyə verilir - VİDEO


Mingəçevir sakini şəhərin zibil poliqonundan görüntülər çəkərək "Xəzər Xəbər"in votsap nömrəsinə göndərib.

Onun iddiasına görə, poliqona tullanmış ərzaq məhsulları yığılaraq yenidən istifadəyə verilir.

Görüntülərdən aydın olur ki, Mingəçevirin məişət tullantıları poliqonunda tüstü və toz-dumanın içərisindən vaxtı ötmüş və yararlılıq müddəti bitmiş ərzaq məhsulları yığılır.

Mingəçevir sakini iddia edir ki, müxtəlif şirkətlər tərəfindən istehsal edilən və yararsız olduğundan zibil poliqonuna atılan məhsullar bir qrup insan tərəfindən yığılaraq şirniyyat sexlərinə, dönərxanalara və digər obyektlərə satılır. Onun sözlərinə görə, həftənin müxtəlif günlərində bu poliqona həm iritutumlu, həm də minik avtomobilləri gələrək buradan vaxtı ötmüş yağ, qatılaşdılmış süd, mayonez, qarabaşaq və digər ərzaqları toplayaraq avtomobillərlə daşıyırlar.

Şəhər sakinləri də bu iddianı təsdiqləyirlər. Onlar atılan ərzaq və digər malların qaydalara uyğun zərərsizləşdirilməsini istəyirlər.

Problemlə bağlı Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəis müavini Tahir Abdullayev bildirib ki, şəhər ərazisində fəaliyyət göstərən şirkətlərdən bəziləri onlarla müqavilə bağlayaraq yararsız məhsulları məhv edirlər. Hətta bu haqda akt da tərtib olunur. Bununla belə, deyilən hal təsdiqlənsə, həmin vətəndaşlar cərimələnə bilər.

İdarədən bildirildi ki, iddia ən qısa zamanda araşdırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница