09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

SOCAR-dan qeyri-adi elan: Toydan sonra nağara (REPLİKA)

SOCAR-dan qeyri-adi elan: Toydan sonra nağara (REPLİKA)
SOCAR-dan qeyri-adi elan: Toydan sonra nağara (REPLİKA)


SOCAR-dan qeyri-adi elan: Toydan sonra nağara (REPLİKA)

"SOCAR Methanol” MMC Katalizatorlara olan tələbatını təmin etmək məqsədi ilə açıq satınalma müsabiqəsi elan edib.

BiG.AZ qaynarinfo-ya istinadən xəbər verir ki, bu quru və rəsmi cümlələrlə başlayan, ilk baxışdan adi təsir bağışlayan elan mətni MMC-nin rəsmi saytında yerləşdirilib.

Elanda daha sonra həsəd doğuran təmkinlə qeyd olunur ki, tenderə qatılmaq üçün ƏN SON GÜN 27 AVQUST tarixidir: "Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) sənədi ən geci 27 avqust 2018-ci il tarixinə qədər qəbul olunur. Zərflərin açılışı 28 avqust 2018-ci il tarixində, Bakı vaxtı ilə saat 11:00-da Qaradağ rayoununda yerləşən metanol zavodunda baş tutacaq".

Göründüyü kimi tender elanında hər şey yerli-yerindədir. Amma bu adi elanı Mopassanın belə həsəd aparacağı novellaya çevirən bir vacib məqam var: son müraciət tarixi 27 AVQUST olan elan MMC-nin rəsmi saytına 30 AVQUST tarixində yerləşdirilib. Bax, əsl novella buna deyərlər! Qoy indi tənqidçilər bu novellanın pərdərxası mənalarını tapmaq üçün baş sındırsın. Görəsən bu elanın "müəllifi" nə demək istəyir? Bu novellaya nə ad verək: bəlkə "Toydan sonra nağara"? Yaxud belə bir ad daha dolğun olar: "Qalibi bəlli tenderin formal "sünnəti"?

Ya da yox, gəlin bu komediya-novellaya hamımız birlikdə ad fikirləşək...
SOCAR-dan qeyri-adi elan: Toydan sonra nağara (REPLİKA)


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница