16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Rəşad Dağlıya neçə il həbs verilə bilər?

Rəşad Dağlıya neçə il həbs verilə bilər?
Meyxana ustadı Rəşad Dağlının törətdiyi cinayət əməlinə vəkil Babək Həmidov münasibət bildirib.
Bu barədə Həmidov "OLAY"a açıqlamasında qeyd edib.
Onun sözlərinə görə məhkəmə prosesində ağırlaşdırıcı və yüngülləşdirici hallar nəzərə alındıqdan sonra dəqiq hökm qəbul ediləcək.
Ümumilikdə isə "qəsdən adam öldürmə" maddəsilə Rəşad Dağlını 9 ildən 14 ilə qədər həbs cəzası gözləyir:
"Konkret nəsə demək bütün hüquqi məsələlərdə çətindir. Lakin ümumi qaydada onu demək mümkündür ki, ölümlə nəticələnən hadisə baş verdiyi zaman prokurorluq tərəfindən əksər hallarda Cinayət Məcəlləsinin "qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi başlayır. İş istintaqa verilir, həmin istintaq zamanı hadisənin başvermə şəraiti, səbəbi, hadisəni ağırlaşdıran və yüngülləşdirən səbəb müəyyən edilir. Məsələn: bıçaq zərbəsini endirdiyi nahiyəyə görə "xüsusi amansızlıqla adam öldürmə" maddəsi olub-olmadığı məlum olur, yaxud polis məntəqəsinə özü yaxınlaşıb təslim olmasını yüngülləşdirici hal kimi saya bilərik. Bundan əlavə hadisə nəticəsində ölən şəxsin təhrikedici hərəkətləri ola bilər.
Bütün bu və digər faktlar 4 aylıq istintaq müddətində araşdırılır. Hadisəni törədən şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb olunduqdan sonra 4 aylıq həbs qətimkan tədbiri seçilir. Əgər burada hər hansı ağırlaşdırıcı və yüngülləşdirici hal olmasa, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə şəxs haqqında 9 ildən 14 ilə qədər azadlıqdan məhrum etmə cəzası verilir. Əgər şəxsin əməlində yüngülləşdirici hallar olsa, məhkəmə bunu nəzərə alır və 9 ildən daha az cəza müəyyən edilir. Əgər şəxsin barəsində ağırlaşdırıcı hallar olsa, nəticə etibarilə həmin şəxs haqqında 14 ildən 20 ilə və yaxud ömürlük azadlıqdan məhrum edilmə cəzası müəyyən edilə bilər. Bu ümumiləşdirilmiş qaydadır. Baş vermiş hadisənin əhəmiyyətli, xüsusi halları var ki, məhkəmə onların hamısına bir-bir qiymət verməli və onun nəticəsində hökm qəbul etməlidir".


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница