^
U

Azərbaycanda vətəndaşın sayğacını dəyişib 700 manat borc yazdılar - ŞİKAYƏT



Azərbaycanda sayğac dəyişdirildikdən sonra vətəndaşa 700 manat borc yazılıb.

Bunu MAY.AZ-a Cəlilabad rayon sakini Zahid Rzayev şikayətində bildirib. Onun sözlərinə görə, sayğac dəyişdirilənə qədər 120 manat borcu olsa da, bu borcu ödəyib. Lakin sayğac dəyişdirildikdən sonra ona 700 manat əlavə borc yazılıb:

“120 manat borcumuz olduğundan sayğacı dəyişib smart kartla işləyən sayğac qoydular. 5 aydan sonra bildirdilər ki, 700 manat borcum var. Bununla bağlı Cəlilabad rayon İşıq İdarəsinə müraciət etdik. Onlar dedi ki, bu borcu sizə Şirvan şəhər İşıq İdarəsi yazıb, oraya da müraciət edin. Onlar da Cəlilabad İşıq İdarəsinin boynuna atdı. Sayğac dəyişilən zaman heç bir akt da yazılmayıb. İşıq idarəsinin nümayəndələrinin özləri də bu qədər borcun yazılması səbəbini bilmirlər”.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev açıqlamasında bildirib ki, məsələ araşdırılacaq: “Həmin abunəçiyə hansı səbəbə 700 manat borcun yazıldığı araşdırmalardan sonra bəlli olacaq”.

Aysel Yusifqızı
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Xeberler Oxunub: 612 Tarix: 16-07-2018, 20:15
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az