16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Nərminlə bağlı rəy verən ekspert məhkəməyə çağırıldı

Nərminlə bağlı rəy verən ekspert məhkəməyə çağırıldı
Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə, meyiti isə yandırmaqda ittiham olunan İlkin Süleymanovun məhkəməsi davam edir.
"Qafqazinfo" xəbər verir ki, ötən gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə vəkillərin vəsatətləri dinlənilib.
Məlum olub ki, ekspertiza zamanı meyitin üzərində və hadisə yerində olmayan cins şalvar peyda olub. Bu cins şalvarın maddi sübut kimi göstərilməsi ilə bağlı rəy verən Aysel Cavadovanın məhkəməyə gətirilməsi ilə bağlı vəsatət verilib. A.Cavadova Ədliyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza Mərkəzinin lifli materiallar üzrə mütəxəssisidir.
Bunda başqa divarda tapılan qanın DNT analizinin aparılması ilə bağlı da İ.Süleymanov özü vəsatət verib. İbtidai istintaqda qeyd olunub ki, evin beş yerindən qan tapılıb. Təqsirləndirilən şəxs istəyir ki, qanın kimə məxsus olması aydınlaşdırılsın. Çünki ekspertiza yalnız qan qrupunu təyin etməklə kifayətlənib.
Ümumilikdə vəkillər tərəfindən 8 vəsatət verilib. Bunların bir çoxu yeni şahidlərin dindirilməsi ilə bağlı olub. Hakimlər vəsatətlərdən dördünü təmin ediblər.


Proses oktyabrın 26-da davam etdiriləcək.


Qeyd edək ki, 48 yaşlı İlkin Süleymanov 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinir. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq 47 gün sonra qətlə yetirib. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. Süleymanov 4 gün Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qaldığı üçün etiraf ifadəsinə imza atdığını bildirir. Baş Prokurorluq isə İlkinə işgəncə verilməsi faktını təkzib edir.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница