09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Ailə quran gənclərdə bu xəstəlik aşkarlandı

Ailə quran gənclərdə bu xəstəlik aşkarlandı
Ailə quran gənclərdə bu xəstəlik aşkarlandı


“İyun ayı ərzində 11 911 nəfər nikahdan əvvəl icbari tibbi müayinədən keçib. Onlardan 305-də talassemiya daşıyıcılığı aşkarlanıb”.

MAY.AZ xəbər verir ki, bu barədə Publika.az-a B.Ə.Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib.

Onun sözlərinə görə, müayinələr nəticəsində 41 nəfərdə siflis, 6 nəfərdə QİÇS aşkarlanıb: “Ötən ay ərzində talassemiya aşkarlanan cütlüklərin sayı 6 olub. Bu ilin altı ayında 66 384 nəfər müayinədən keçib. Onlardan 1923 talassemiya daşıyıcılığı, 146 nəfərdə siflis, 69 nəfərdə isə QİÇS aşkarlanıb. Talassemiya aşkarlanan cütlüklərin sayı isə 28 olub”.

Z.Əlimirzəyeva onu da əlavə edib ki, ümumilikdə 2015-ci ilin iyun ayından bu vaxta qədər 430 668 nəfər nikahdan əvvəl icbari tibbi müayinədən keçib. Onlardan 15997-də talassemiya daşıyıcılığı, 1479 nəfərdə siflis, 351 nəfərdə QİÇS aşkarlanıb, talassemiya daşıyıcılığı aşkarlanan cütlüklərin sayı 159 olub.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница