09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Pensiya ilə bağlı əhaliyə MÜHÜM XƏBƏR

Pensiya ilə bağlı əhaliyə MÜHÜM XƏBƏR
Pensiya ilə bağlı əhaliyə MÜHÜM XƏBƏR


Pensiyaların maliyyələşdirilməsindəki gecikmə təqaüdçülərin "pulumuz, bəlkə, bu gün hesablara köçürüldü” ümidi ilə bankomatların qarşısına toplaşmasına səbəb olub.

BiG.AZ xəbər verir ki, oxu.az-ın Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələrindən aldığı məlumata görə, pensiyaların nə zaman hesablara köçürüləcəyi dəqiq bəlli deyil.

Gecikmə yeni təqvim ilinin ilk ayı, həmçinin bayramla əlaqədar ayın ilk günlərinin qeyri-iş günləri olması ilə əsaslandırılır. Bildirilir ki, pensiyaların plastik kart hesablarına çatdırılması müvafiq əlavə texniki prosedurlar tələb edir.

Qeyd edək ki, ötən ilin son ayında pensiyaların maliyyələşdıriməsi dekabrın 13-nə təsadüf etmişdi. Hansı ki, əvvəlki aylarda təqaüdçülər vəsaitlərini hər ayın 11-i alırdılar.

Xatırladaq ki, 2013-cü ildən Azərbaycanda pensiyaların ölkə üzrə maliyyələşdirilməsi qrafiki bir qədər də irəli çəkilib. Uzun müddətdir pensiyaların maliyyələşməsi hər ayın 13-dək Bakı şəhərində, 20-dək isə regionlarda başa çatırdı. Xəzinədarlıq orqanları tərəfindən pensiyaların vətəndaşların şəxsi hesablarına köçürülməsi Naxçıvan Muxtar Respublikası üzrə hər ayın 11-dək, Bakı şəhərinin rayonları üzrə hər ayın 13-dək, əhalisi məcburi köçkün olan rayonlar üzrə hər ayın 16-dək, respublika tabeli şəhərlər üzrə hər ayın 18-dək, digər rayonlar üzrə hər ayın 24-dək, hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçılar üzrə hər ayın 29-dək yekunlaşdırılacağı barədə məlumat verilmişdi.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница