10:21 Bakıda balta ilə arvadını öldürən kişi özünü asdı 10:20 Çox yaxında əlinə xeyli pul gələcək 3 BÜRC 10:19 Günə kofe içərək başlayanlar mütləq oxusun - Bu saatlarda qətiyyən OLMAZ 10:18 Əhalinin NƏZƏRİNƏ - Bu ərəfələrdə… 10:17 D vitamini həddindən artıq içilərsə, hansı nəticələr verə bilər? 10:16 Mustafa Kamal Atatürkün anım günüdür 13:14 İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər 13:13 Eşq yuvası savaş meydanına çevrildi: "35 milyon dollarımı ver!" 13:11 Zəfər muzeyi sabahdan ziyarətçilər üçün açıq olacaq 13:09 Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Azərbaycanda iki yeni hərbi zavod açılacaq

Azərbaycanda iki yeni hərbi zavod açılacaq
Azərbaycanda iki yeni hərbi zavod açılacaq


"Yaxın zamanlarda daha 2 zavodun - artilleriya və tank topları üçün müxtəlif çaplı mərmilərin isti ştamplanması və mexaniki emalı, həmin mərmilərin atəş yığımlarının gilizlərinin istehsalı zavodlarının açılışları nəzərdə tutulur".

BAKU.WS-in məlumatına görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov “Azərbaycan” qəzetindəki məqaləsində qeyd edib. Nazir bildirib ki, döyüş sursatlarının hazırlanmasında əsas komponent kimi istifadə olunan partlayıcı maddələr - piroksilin, ballistit barıtların, trotil və heksogen istehsalı üzrə zavodların, eləcə də müxtəlif çaplı artilleriya mərmiləri üçün 4 növ başlıq partladıcılarının və müxtəlif çaplı minaatan atəş yığımları üçün müasir növ tullayıcı barıt atımlarının istehsalı sahələrinin yaradılması işləri də davam etdirilir.

"Hazırda dövlət proqramının icrası ilə əlaqədar Müdafiə Sənayesi Nazirliyinin kollektivi qarşısında qoyulmuş mühüm vəzifələrin icrası istiqamətində işlər davam etdirilir. Belə ki, ötən illərdən icrasına başlanılmış, tikinti işləri başa çatdırılan 56 istehsal müəssisəsi ilə yanaşı, cari ilin iyununda, Silahlı Qüvvələr günü ərəfəsində daha 2 istehsalat müəssisəsində kompleks tamamlanma işləri başa çatdırılmış və Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Bununla da istifadəyə verimiş istehsal müəssisələrinin sayı 58-ə çatdırılmışdır.

Qeyd olunan istehsal müəssisələri lazım olan müasir texnoloji avadanlıqlarla təchiz edilmiş və eləcə də inkişaf etmiş ölkələrin şirkət və firmalarından alınmış dəzgah, xüsusi cihaz və alətlərlə komplektləşdirilmişdir".

Яндекс.Метрика MobTop.az
Menu Kabinet Poçt Live Страница