09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Azərbaycanda blokçeynə 60 milyon dollar sərmayə yatırıldı

Azərbaycanda blokçeynə 60 milyon dollar sərmayə yatırıldı
Azərbaycanda blokçeynə 60 milyon dollar sərmayə yatırıldı


Sumqayıt Kimya Sənaye Parkının rezidenti – “STDC” Məhdud Məsuliyyətli Cəmiyyətinin layihəsi olan məlumatların emalı, qeydə alınması və ötürülməsi mərkəzinin açılışı olub.

BAKU.WS-in məlumatına görə, Data Mərkəzin açılışında Prezident İlham Əliyev iştirak edib.

“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına mərkəz barədə məlumat verib.

Bildirilib ki, ümumi investisiya dəyəri 60 milyon ABŞ dolları olan Data Mərkəzdə yüksək gücə malik texnoloji hesablama, kommunikasiya və təhlükəsizlik avadanlıqlarından istifadə edilib.

Data Mərkəzin yaradılmasında məqsəd İKT sahəsində istehsalyönümlü fəaliyyəti stimullaşdırmaq, bu sahədə innovasiyaların tətbiqinə, eləcə də tətbiqi elmi tədqiqat işlərinin genişləndirilməsinə, ixracyönümlü layihələrin icrasına nail olmaq və bu sahəyə xarici investisiyaları cəlb etməkdir.

Müəssisə müxtəlif tipli informasiyaların emalı, saxlanılması və ötürülməsi, informasiya təhlükəsizliyinin təmin olunması sahəsində beynəlxalq və yerli müştərilərə xidmət göstərəcək. Burada nəzarət və digər sistemlərin idarə edilməsi dördnövbəli iş rejimi ilə bütün sutkanı əhatə edəcək.

Prezident İlham Əliyev Data Mərkəzi işə salıb.


Bu cür Mərkəzin açılması ölkəmizdə yüksək texnologiyaların tətbiqinə, informasiya texnologiyalarının inkişaf etdirilməsinə, yerli yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsinə və informasiya təhlükəsizliyinin təmin edilməsinə xidmət edəcək.

Layihə çərçivəsində gələcəkdə Azərbaycan ərazisindəki müxtəlif mərkəzlərdə yüksək məhsuldarlıqlı hesablama mərkəzlərinin yaradılması planlaşdırılır. Qeyd olunan hesablama mərkəzləri əməliyyatların uçotunun aparılması üçün elektron kitab funksiyasını yerinə yetirən blokçeyn (Blockchain) texnologiyaları əsasında istənilən növ paylanmış reyestrlərin tranzaksiyalarının təsdiqi və müdafiəsi əməliyyatları üzrə etibarlı infrastruktur yaradacaq. Blokçeyn sistemi iştirakçılar tərəfindən keçirilmiş bütün tranzaksiyalar haqqında informasiyanı özündə saxlayan şəffaf paylanmış məlumatlar bazasıdır.


İndiyədək respublikamızda ölkədaxili blokçeyn tranzaksiyalarının təsdiqi, xarici özəl və publik blokçeyn şəbəkələrlə inteqrasiya üçün nəzərdə tutulmuş infrastruktur mövcud deyildi. Data Mərkəz işə düşdükdən sonra Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri üzrə blokçeyn texnologiyalarının tətbiqi və inkişafı əhəmiyyətli dərəcədə artacaq.
Layihə çərçivəsində ilkin mərhələdə 100 nəfər işlə təmin olunub.

Qeyd edək ki, Bitcoin daxil olmaqla virtual pullar “blockchain” texnologiyası ilə işləyir.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница