09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Sağ adama 14 il əvvəl qəbir qazılıb - Bəs qəbirdəki kimdir? - VİDEO

Sağ adama 14 il əvvəl qəbir qazılıb - Bəs qəbirdəki kimdir? - VİDEO
Sağ adama 14 il əvvəl qəbir qazılıb - Bəs qəbirdəki kimdir? - VİDEO


Özü sağdır, amma 14 il əvvəl adına qəbir qazılıb və ölü kimi qeydiyyatdadır. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, şəkil olmayan qəbir daşında 36 yaşlı Bayramov İlham Davud oğlunun 2003-cü ilin 29 dekabrında dəfn olunduğu həkk olunub.

Maraqlısı odur ki, həmin şəxs sağdır və Saray qəsəbəsində yaşayır. Bəs necə olub ki, qəbirə başqa adam basdırıblar və bu necə səhv düşüb? Yaxud qəbirdə həqiqətən adam basdırılıbmı?

İlham Bayramov psixoloji problemlərdən əziyyət çəkdiyi üçün heç bir suala cavab vermir.

Saray bələdiyyəsinin sədr müavini Şahlar Məhərrəmov isə deyir ki, həmin adama o vaxtki bələdiyyə sədri tərəfindən qəbiristanlıqda yer ayrılıb.
Abşeron rayonu Vətəndaş Aktlarının Qeydiyyatı şöbəsinə İlham Bayramova ölüm haqda şəhadətnamənin hansı şəraitdə verilməsi sualını ünvanlasaq da, cavab verən olmadı. Yalnız Saray Bələdiyyəsi sədrinin sorğusundan sonra şöbədən bildirilib ki, İlham Bayramovun ölməsi ilə bağlı 2003-cü ildə onlara müraciət daxil olunub və şəhadətnamə verilib. Amma müraciəti kimin etməsi haqda açıqlama verilməyib. Diqqət çəkən məqam isə budur ki, qəbrin üzərində "dayısından xatirə" sözləri yazılıb.

Saray cümə məscidinin axundu Qalib Tahirov isə bildirib ki, onlar da bu hadisədən təzə xəbər tutublar. Bu hal onları da təəcübləndirib.
İndi İlham adıyla dəfn olunan şəxsin kimliyi və bu halın nəyə görə baş verməsi hamı üçün maraqlıdır. Burda hansısa cinayət işinin olması da istisna edilmir. Abşeron rayon hüquq-mühafizə orqanlarından bildirdilər ki, belə bir hadisə haqda onlara hansısa müraciət daxil olmadığı üçün heç bir araşdırma aparılmayıb.

"Xəzər Xəbər"in mövzunu ictimailəşdirməsindən sonra hüquq-mühafizə orqanları ciddi araşdırmalara başlayıb. Araşdırmanın nəticələri haqda ictimaiyyətə açıqlama veriləcək.



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница