16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Zirəddin Rzayev Rusiya telekanalını məhkəməyə verdi

Zirəddin Rzayev Rusiya telekanalını məhkəməyə verdi
Zirəddin Rzayev Rusiya telekanalını məhkəməyə verdi


"Ekstrasenslərin döyüşü" şousunun ən məşhur iştirakçılarından biri - 35 yaşlı Zirəddin Rzayev Rusiyanın NTV televiziya şirkətini məhkəməyə verib.


May.Az virtualaz.org saytına istinadən xəbər verir ki, buna ekstrasensin şəklinin kanalın rəsmi saytında yerləşdirilməsi səbəb olub. Zirəddin Rzayevin sözlərinə görə, proqramın "Ehtiyatlı olun, fırıldaqçılar: teleekstrasensiya Rusiya vətəndaşlarına necə təsir edir" məzmunlu yazı onun işgüzar nüfuzuna xələl gətirir.

Ekstrasens ona vurulmuş mənəvi ziyanla bağlı 5 milyon rubl təzminat istəyir. Bununla yanaşı, bütün süjetlərin internetdən silinməsini və ondan üzr istənilməsini televiziya şirkətindən tələb edir: "Efirdə məni tibbi təhsilimin və lisenziyamın olmaması ilə bağlı ittiham ediblər. Məndə bütün bunlar var! Mən kliniki psixoloqam, klinikada işləyirəm. Şəklimin onların verilişində yayımlanmasına icazə vermirəm".

"Mən öz qələbəmi əvvəlcədən görürəm, qanunların gücünə də inanıram. Məhkəmə uzun müddət ləngiyəcək. Lazım gələrsə, mən Rusiya prezidenti Putinin yanına gedəcəm və hüquqlarımı bərpa edəcəyəm", - Z.Rzayev açıqlamasında bildirib.

Zirəddin Rzayev Rusiya telekanalını məhkəməyə verdi
Zirəddin Rzayev Rusiya telekanalını məhkəməyə verdi


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница