Maraqlı:
Model-aktrisa Əfsanə Qasımova bir müddət öncə açıq-saçıq fotolarının mətbuata çıxmasıyla, ardınca isə adının keçmiş icra başçısıyla hallanmasına görə gündəmə gəlmişdi. Bu günlərdə isə Qasımova yeni fotosessiyasını ölkə.az-a təqdim edib. Aktrisa-model həmçinin saytın suallarını cavablandırıb.
- Əfsanə xanım, bir müddət öncə sosial şəbəkələrdə, həmçinin mediada çox aktiv idiniz. Sanki son günlər bir qədər geri çəkilmisiniz.
- Haqlısınız ki, bir müddət öncə daha fəal idim. Amma indiki duruma da geri çəkilmək deməzdim. Sadəcə, başım işlərimə qarışıb. Hazırda ATV-də "Qız atası" serialına çəkilirəm, eyni zamanda model kimi fəaliyyətim var. Sentyabrdan da dövlət qurumunda işə başlayacağam.
- Bəlkə qeyri-fəallığınızın bir səbəbi də budur.
- Bilirsiniz, dövlət qurumu elədir ki, burada hər addımına diqqət etməlisən. Bəlkə də o səbəbdən müəyyən çərçivələri özüm özümə təyin etmişəm.
- İndiyə kimi o çərçivələr yox idi?
- Var idi, amma bu qədər yox.
- Adınız Cəbrayılın keçmiş icra başçısıyla da hallanırdı.
- O söhbət yadıma düşəndə hələ də gülürəm. Səhv etmirəmsə kişinin adı Mahmud idi.
- Bəli, Mahmud Quliyev.
- Düzdür, sevgidə, münasibətlərdə yaşın fərqi yoxdur. Amma bu qədər də yox da. O kişinin 70 yaşı var, babam yaşındadır.
- Təqdim etdiyiniz fotosessiyadakı maşın özünüzündür?
- Xeyr, yaxın bir dostumundur. Özüm isə avtomobil idarə etmirəm.
- Bacarmırsınız?
- Bacarıram, amma sürücü idarə edir.
- Niyə Azərbaycanda model deyəndə belə düşünülür ki, filankəsin sevgilisi, filankəsin məşuqəsidir?
- Bu mənim ən yaralı yerimdir. Ancaq görünür insanlar daha çox belə görürlər. Hər halda insanın biriylə münasibətinin olması çox normaldı. Əsas odur ki, kiminsə evini, ailəsini dağıtmayasan.
- Yeri gəlmişkən, şəxsi həyatınızla bağlı vəziyyət necədir?
- Onu deyə bilərəm ki, hər şey qaydasındadır.
Комментарии
Xəbərlərə abunə olun!
Təsadüfi

Körpənin saçını qırxmaq olar?
4-11-2022, 02:19

Bakıda toydan çıxan qadınlara hücum
6-07-2017, 19:11

Cem Yılmaz Miri Yusiflə bağlı
18-11-2019, 00:58

Zəngilanın 1 qəsəbəsi və 13 kəndi
22-10-2020, 20:02

Orqanizmin qeyri-spesifik mühafizə
27-09-2022, 19:33