16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Sədərəyə gedən avtobus marşrutları ləğv edilib?

Sədərəyə gedən avtobus marşrutları ləğv edilib?
Sədərək Ticarət Mərkəzinə hərəkət edən marşrut avtobuslarının sayının azaldılması ticarət mərkəzinin sahibkarlarının narazılığına səbəb olub.
BiG.AZ-ın məlumatına görə, bu barədə ticarət mərkəzinin sahibkarları "trend"ə xəbər verib.
Sahibkar Allahyar Musayev bildirir ki, ticarət mərkəzinə müştəri axını çox olsa da, bu istiqamətdə hərəkət edən marşrut avtobuslarının sayı kəskin azaldılıb.
"Ticarət Mərkəzinə cəmi bir marşrut işləyir. 211 saylı marşrut xətti əvvəllər normal işləsə də, son vaxtlar həmin marşrutdakı avtobusların sayı azaldılıb. Əgər əvvəllər buradan marşrut avtobusu 5-10 dəqiqədən bir çıxırdısa, indi yarım saatlarla avtobus gözləyirik. Elə olur ki, avtobus bir saatdan bir gəlir. Ticarət mərkəzinə gəlib-getmək mümkün olmur. Avtobusda və dayanacaqlarda sıxlıq yaranır. Dəfələrlə bu barədə aidiyyəti qurumlara müraciət etsək də, problemin həllinə çalışan yoxdur. Nəticədə sahibkarlar da əziyyət çəkir, müştərilər də", - sahibkar bildirib.
Digər sahibkar Namiq Həsənov isə bildirir ki, əvvəllər şəhərin mərkəzi hissələrindən Sədərək Ticarət Mərkəzinə 10-a yaxın marşrut xətti işləsə də, son vaxtlar həmin marşrutların fəaliyyəti qəfil dayandırılıb: "Əvvəllər Bakının Nizami rayonu, Yasamal rayonu, Xətai rayonu istiqamətindən, metronun "Xalqlar Dostluğu", "Gənclik", "28 may", "20 yanvar" stansiyalarının qarşısından bu istiqamətə ayrıca marşrut xətləri işləyirdi. Hər marşrut xətti üzrə 20-dən çox avtobus fəaliyyət göstərirdi. Amma bir ildən artıqdır ki, həmin marşrutların fəaliyyəti tam dayandırılıb. İndi yalnız "Memar Əcəmi" metrostansiyasından 211 saylı marşrut xətti gəlir, digər marşrut xətləri isə ləğv edilib. Mən hər gün "Xalqlar dostluğu"stansiyasından işə gəlmək üçün saatlarla yollarda qalıram".
Sahibkar bildirir ki, son vaxtlar Sədərək Ticarət Mərkəzi istiqamətində hərəkət edən yeganə marşrut xətti olan 211 saylı marşrut xəttində də avtobusların sayı azaldılıb: "Əvvəllər 211 saylı marşrut xəttində 15-17 avtobus işləyirdi. İndi həmin avtobusların sayı 7-yə endirilib. Nəticədə 1 saat, saat yarım avtobus gözləyirik. Artıq dözülməz həddəyik. İş yerindən evə, evdən iş yerinə 3 saata çata bilmirik".
Bakı Nəqliyyat Agentliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Sədərək Ticarət Mərkəzi istiqamətində 8 müntəzəm marşrut xətti üzrə (120, 126, 130, 174, 176, 164, 206 və 211) 70-dən artıq orta və iritutumlu avtobuslar fəaliyyət göstərir. Bu marşrut xətləri üzrə avtobuslar Sədərək Ticarət Mərkəzini Bayıl qəsəbəsi 20-ci sahə, Lökbatan, Biləcəri, Binəqədi, Xırdalan, Yasamal yaşayış sahələri, eləcə də metronun "20 Yanvar", "Elmlər Akademiyası", "Avtovağzal" və "Gənclik" stansiyaları ilə birbaşa əlaqələndirir.
"Vətəndaşların rahatlığını təmin etmək məqsədi ilə ticarət mərkəzi istiqamətində sərnişindaşımaların yaxşılaşdırılması daim diqqətdə saxlanılır. Agentlik tərəfindən Sədərək ticarət mərkəzinə yeni 194 nömrəli marşrut təşkil edilib, 211 nömrəli marşrut "BakuBus" MMC-yə həvalə edilərək, avtobuslar müasir iritutumlu avtobuslarla əvəzlənib. Hazırda isə Sədərək Ticarət Mərkəzini "Xalqlar Dostluğu", "Neftçilər", "Qara Qarayev", "Koroğlu" və "Sahil" metro stansiyaları ilə əlaqələndirən ekspres xəttin təşkil edilməsi istiqamətində təhlil işləri aparılır.
Bütün digər, o cümlədən Sədərək Ticarət Mərkəzi istiqamətində də müntəzəm marşrut xətləri üzrə gündəlik reysə çıxan avtobus sayı sərnişin tələbatına uyğun tənzimlənir. "BakuBus" MMC-nin istismarında olan 211 nömrəli müntəzəm marşrut xətti üzrə adi rejimdə 15-16 avtobus fəaliyyət göstərirdisə, hazırda sərnişin tələbatının azaldığı nəzərə alınmaqla daşımalara 10-11 avtobus cəlb edilir", - deyə məlumatda qeyd olunub.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница