16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bakıda bir İLK – sərnişin avtobusları gecə də işləyəcək

Bakıda bir İLK – sərnişin avtobusları gecə də işləyəcək
Bakıda bir İLK – sərnişin avtobusları gecə də işləyəcək



“Yaxın vaxtlarda gecə səhərədək işləyən xüsusi marşrut xətləri istifadəyə veriləcək”.

MAY.AZ xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, Bakı şəhərində belə bir layihə üzərində iş aparılır ki, 24 saat rejimində işləyən marşrut xətləri açılsın.

“Bu marşrutlar təkcə şəhər mərkəzində yox, müxtəlif istiqamətlərdə buraxılacaq. Xüsusən dairəvi yollarda hərəkətdə olan marşrut xətləri olacaq. Belə “Ekspress marşrut” xətləri gecə səhərədək işləyəcək”, - deyə qurum rəsmisi bildirib.

M.Ağayev deyib ki, bu marşrutlar müəyyən intervalla yola çıxacaqlar. “Məsələn, yola çıxmışıq, taksi də yoxdur. Amma biləcəyik ki, artıq şəhərdə hər yarım saatdan bir dayanacaqdan “Ekspress avtobus” keçəcək. Bütün inkişaf etmiş şəhərlərin təcrübəsində belə marşrutlar var. Ümumiyyətlə, inkişaf etmiş şəhərlərdə marşrut şəbəkəsində olan elementlər, insanların rahatlığı üçün edilən yeniliklərin hamısı Bakıda da olacaq. Bunun üçün sadəcə zaman lazımdır”.

Həmsöhbətimiz qeyd edib ki, şəhərdə ictimai nəqliyyata tələbat günü-gündən artır: “Eyni zamanda, şəhərə turist axını da çoxdur. Turistlərə əyləncə və ticarət mərkəzlərinə getmək üçün gecə saatları da işləyən avtobuslar lazım olur”.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница