18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

Köhnə metro qatarları yeniləri ilə nə vaxt əvəz olunacaq? - AÇIQLAMA

Köhnə metro qatarları yeniləri ilə nə vaxt əvəz olunacaq? - AÇIQLAMA
"Köhnə qatarlar yalnız istismar müddəti bitdikdə istifadədən çıxarılır".
Bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov metroda köhnə qatarların nə vaxt tamamilə yeniləri ilə əvəz olunacağı barədə sualı cavablandırarkən bildirib.
Onun sözlərinə görə, qatarı vaxtından əvvəl çıxarmaq üçün hər hansısa səbəb olmalıdır.
"Məsələn deyək ki, qatar təmirə yaramır, qatarın hər hansı bir hissəsi bərpa oluna bilmir və yaxud da qatar sərnişin təhlükəsizliyi tələblərinə cavab vermir. Yalnız o hallarda qatar istismar müddəti bitməmiş çıxarıla bilər. Qalan hallarda istismar müddətini başa vurmayan vaqonu xəttən çıxarmaq olmaz. Bizdə də metroda qatarların baxışı, təmiri o qaydada aparılır ki, 30-31 il müddətində qatarın vaqonu xidmət göstərməlidirsə, o müddət ərzində də xətdə saxlanılır. İstismar müddəti başa çatdığı gün də xətdən çıxarılır. Yalnız bəzi hallarda ola bilər ki, onun ömrü uzadılsın. Bunun üçün də xüsusi bir texniki qrup, komissiya, araşdırma, müayinələr aparır, ondan sonra vaqonun ömrü uzadıla bilər".
Mətbuat katibi qeyd etdi ki, bu günə qədər 19 yeni qatar alınıb:
"Yeni qatar alanda da sərnişinlərin "kondisionerli" adlandırdığı, dördüncü nəsil qatarlardan alırıq. 2015-ci ildən bu tərəfə alınan qatarlardan hamısı o qatarlardandır. Amma o qatarlar yalnız istismardan çıxarılan qatarların əvəzinə alınıb. 2015-dən bu günə qədər 19 qatar alınıb. 19 qatarın hamısı mikroiqlim təminatı sistemi ilə, yəni kondisioneri, içində soyutma sistemləri olan qatarlardır. Üstəlik hətta o qatarlarda xüsusi olaraq ultrabənövşəyi lampalar da var. O havadakı mikrobların, iy-qoxunun zərərsizləşdirilməsində xüsusi rol oynayır. Onu sərnişin hiss etmir. Yalnız qığılcım formasında işığı görünə bilər. Belə bir şeydir. Amma onlar da xüsusi rol oynayır. Bizim təzə qatarlarda kəskin qoxu, iy çox ola bilməz. Avtomatik sistem onu tənzimləyir".
Bəxtiyar Məmmədovun sözlərinə görə, yeni qatarlarda sərnişinlərin rahatlığı üçün monitorinqlər aparılır:
"Köhnə qatarlar artıq istehsal da olunmur. Heç onları almağa da dəyməz. Alınanda da mütləq bu qatarlardan alınıb. Bu, mütləq qaydadır. Yəni o mikroiqlim nəzarəti sistemi mütləq qaydada bütün qatarlarda olmalıdır. Bu, birmənalı tələbdir. Əlil arabası üçün yerlər, informasiya kommunikasiya texnologiyaları baxımından sərnişin rahatlığını təmin edən sistemlərdir. Tutacaqları oturacaqların qarşısında xüsusi əyri formadadır, qapının girəcəyində tavandadır. Bunların hamısı hər bir dövr üçün öyrənilir, xüsusi monitorinq aparılır. Hətta elə tələblər də olur ki, vaqonlarda xüsusi nəzərə alınır. Mən onun elektrik pnevmatik, mexaniki hissələrini demirəm. Bu heç sərnişini maraqlandırmır da. Texniki şərtlər, Bakı Metropoliteninin relyefi və onun xüsusiyyətləri nəzərə alınaraq qatarlar sifariş verilir"./Redaktor.az


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница