^
U

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynaya qarşı başladığı müharibəyə son qoymağın vaxtının çatdığını deyib.
O, videomüraciətində bildirib ki, əks halda Rusiyanın itkiləri o qədər olacaq ki, onun dirçəlməsi üçün bir neçə nəsil kifayət etməyəcək.
"Ukrayna üçün mənalı sülh və təhlükəsizlik danışıqları Rusiyanın öz səhvləri səbəbindən vurduğu zərəri azaltmaq üçün yeganə şansdır", - Zelenski deyib.
"Görüş vaxtı yetişib. Danışmaq vaxtıdır. Ukrayna üçün ərazi bütövlüyünü və ədaləti bərpa etməyin vaxtıdır", - deyə o vurğulayıb.
"Müharibəyə son qoyulmalıdır. Ukraynanın təklifləri masadadır", - deyə Ukrayna lideri vurğulayıb.
O həmçinin qeyd edib ki, yaxın günlərdə dünya xalqlarına Ukrayna üçün sülh çağırışı ilə müraciətə davam edəcək:
"Qarşıda mənim isveçrəlilərə, xalqa və dövlətə müraciətim var. İsrail, İtaliya və Yaponiyaya da müraciətlər nəzərdə tutulub".(oxu.az)
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Xeberler Oxunub: 558 Tarix: 19-03-2022, 15:49
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az