16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Odessada ölən azərbaycanlıların nəşi ölkəmizə gətirilmir: "Ailənin maddi imkanı çatmır"

Odessada ölən azərbaycanlıların nəşi ölkəmizə gətirilmir: "Ailənin maddi imkanı çatmır"
Ukraynanın Odessa şəhərində həlak olan dörd azərbaycanlının cənazəsinin ölkəmizə gətirilməsi hələ də mümkün olmayıb. Əslən Kəlbəcər rayonundan olan soydaşlarımızın meyitləri hazırda Moldovada morqda saxlanılır.
Kəlbəcər rayon İcra Hakimiyyətinin nümayəndəsi Anar Məmmədov Modern.az-a bildirib ki, cənazələrin gətirilməməsi sənəd problemi ilə əlaqədardır.
"Meyitlər Azərbaycana gətirilməli idi, ancaq sənəd işlərində hələ də problem var. Cənazələrin gətirilməsi üçün böyük məbləğdə pul lazımdır. Ailələrin buna gücü çatmır. Dövlət tərəfindən onlara dəstək verilməsini gözləyirlər", - deyə A.Məmmədov vurğulayıb.
Xatırladaq ki, fevralın 27-də Odessa ərazisində diversiya qrupu əslən Kəlbəcərdən olan soydaşlarımızı daşıyan avtomobilləri atəşə tutub. Hadisə nəticəsində 4 nəfər həyatını itirib, üç nəfər isə yaralanıb.
Həlak olan şəxslər İsmayılov Rəhim Əli oğlu, İsmayılov Qabil Rəhim oğlu, İsmayılov Nemət Əli oğlu və Salmanov Camal Mirzənəsir oğlu, yaralılar isə İsmayılov Süleyman Nemət oğlu, Tağıyev Tacir Rövşən oğlu və Tağıyev Niyazi Rövşən oğludur.
Vəfat edənlərdən ikisi - Rəhim və Nemət İsmayılovlar qardaşdır. Qabil isə Rəhim İsmayılovun oğludur. Onlar əslən Kəlbəcərin Təkəqaya kəndindəndirlər.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница