16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Neft Daşlarında dalğanın hündürlüyü 3 metrə çatıb

Neft Daşlarında dalğanın hündürlüyü 3 metrə çatıb
Azərbaycanda müşahidə olunan faktiki havaya əsasən, Neft Daşlarında dalğanın hündürlüyü 3 metrə çatıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Report"a bildirilib ki, yanvarın 4-ü saat 13:00-a olan məlumatına əsasən bəzi yerlərdə yağıntılı olub, dağlıq rayonlarda qar yağıb, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.
Düşən yağıntının miqdarı Quba, Qusarda 5.0 mm, Xaltan, Qrız, Xaçmaz, Lerik, Şabranda 2.0 mm, Lənkəran, Astara, Biləsuvar, Salyan, Altıağacda 1.0 mm, Bakıda və Abşeron yarımadasında 1.0 mm-dək olub.
Qar örtüyünün hündürlüyü isə Qrızda 12 sm, Ağdərədə (Ordubad) 8 sm, Xaltanda 7 sm, Göygöl, Quba, Lerik, Ordubad, Qusarda 3 sm, Şahbuzda 2 sm, Sarıbaş (Qax), Gədəbəy, Altıağacda 1 sm olub.
Şimal-qərb küləyi arabir Mingəçevirdə 28 m/s, Şəkidə 25 m/s, Daşkəsən, Qobustanda 20 m/s, Şamaxıda 18 m/s, Bakıda və Abşeron yarımadasında 15-18 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.
Havanın minimal temperaturuna gəlincə isə, Bakıda və Abşeron yarımadasında 4°-dək isti, aran rayonlarında 0-2° şaxta, dağlıq rayonlarda 7-11° şaxta, Naxçıvan MR-da 4-10° şaxta olub.
Qeyd edək ki, ölkə ərazisində 5-i gün ərzində, 6-da hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница