16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bakı sakinlərinin nəzərinə - Sabah paytaxtda...

Bakı sakinlərinin nəzərinə - Sabah paytaxtda...
Bakı sakinlərinin nəzərinə - Sabah paytaxtda...


Azərbaycanda dekabrın 10-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən MAY.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 6-8°, gündüz 9-12° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənəcək. Temperaturun gecə 0-5° isti, dağlıq ərazilərdə 3-5° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-8° isti olacağı ehtimalı var.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperaturun gecə 2-7° isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, çiskinli yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperaturun gecə 0-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacağı ehtimal edilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4-8° isti, gündüz 9-14° isti təşkil edəcəyi gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti, dağlarda gecə 1-5° isti, gündüz 7-10° isti olacağı ehtimal edilir.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница