16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Viza ən geci 3 günə veriləcək

Viza ən geci 3 günə veriləcək
Viza ən geci 3 günə veriləcək


Yaxın vaxtlarda "ASAN viza" sisteminin işə düşməsi ilə turizmin inkişafı üçün görülən işlər daha da təkmilləşəcək. Belə ki, xarici ölkə vətəndaşları ən geci 3 iş günü müddətində viza əldə edə biləcəklər.

May.Az Trend-ə istinadən bildirir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir turizm sənayesinin Azərbaycan iqtisadiyyatında prioritet istiqamətlərdən olduğunu qeyd edərək son illər bu sahədə böyük irəliləyişə nail olunduğunu bildirib:

"Ölkəmizin zəngin mədəniyyəti, tarixi, əsrarəngiz təbiəti və xalqımızın yüksək qonaqpərvərliyi Azərbaycanda turizmin inkişafı üçün böyük imkanlar açır. Bu istiqamətdə işləri davam etdiririk. Azərbaycan xaricdən daha çox turistin qəbul edilməsi üçün vacib addımlar atır. Viza sistemi sadələşdirilir. İndi bir sıra ölkələrin vətəndaşları birbaşa hava limanlarımızda viza əldə edirlər. Digər ölkə vətəndaşlarının isə elektron turist vizalarını qısa müddətdə əldə edərək ölkəmizə səfər etmələrinə imkanı yaradılıb".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması haqqında fərman imzalayıb.

Fərmana əsasən, elektron viza alınması üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxs viza almaq üçün birbaşa "ASAN Viza" sistemi vasitəsilə müraciət edəcək. Elektron vizalar üç iş günü müddətində veriləcək.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница