16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Sergey Lavrovdan Qarabağla bağlı ümidləndirici açıqlama

Sergey Lavrovdan Qarabağla bağlı ümidləndirici açıqlama
Sergey Lavrovdan Qarabağla bağlı ümidləndirici açıqlama


Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 12-də azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında ölkəmizə səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı faydalı müzakirələrin aparıldığını bildirib.

O, hazırkı müzakirələrin prezidentlərin görüşü zamanı əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində vacib addım olduğunu qeyd edib.

Sergey Lavrov Rusiya ilə münasibətlərin bütün sahələrdə inkişafına verdiyi töhfəyə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirib. O deyib ki, müzakirələrdə ticari-iqtisadi münasibətlərin inkişafına təkan verilməsinin vacibliyi qeyd edilib. Hər iki ölkənin Xarici İşlər nazirlikləri də bu səylərə dəstək verəcək. Həmçinin Şimal-Cənub dəhlizi ilə bağlı məsələ də müzakirə olundu. Bununla bağlı yaxın vaxtlarda prezidentlərin üçtərəfli görüşü baş tutacaq.

Rusiya xarici siyasət idarəsinin rəhbəri Azərbaycana səfərinin ümumilikdə məhsuldar olduğunu vurğulayıb.

Elmar Məmmədyarov hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı intensiv dialoqun aparıldığını söyləyib. "Sergey Lavrovun bizimlə bölüşdüyü informasiya bizi ümidləndirir. İndi intensiv dialoq aparırıq. Əvvəlki görüşlərin hamısı bu münaqişənin həllində irəliləyişə nail olmaq üçün idi. Həll məsələsində maneələri mərhələlərlə aradan qaldırmalıyıq”, - deyə Elmar Məmmədyarov bildirib. O, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının davam etməsi faktının bütün region üçün böyük təhlükə yaratdığını vurğulayıb.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница