09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Rusiyalı ekspertdən Qarabağ AÇIQLAMASI: Müharibə qaçılmazdı

Rusiyalı ekspertdən Qarabağ AÇIQLAMASI: Müharibə qaçılmazdı
Rusiyalı ekspertdən Qarabağ AÇIQLAMASI: Müharibə qaçılmazdı


Qarabağda cəbhə xəttindəki kəskinləşmə məntiqi haldır. BAKU.WS -in məlumatına görə, bunu məşhur rusiyalı hərbi ekspert Pavel Felgenhauer virtualaz.org-un müxbiri ilə söhbətində deyib. Onun sözlərinə görə, son günlər və həftələr ərzində vəziyyətin getdikcə gərginləşməsi barədə məlumatlar daxil olurdu.

Rusiyalı ekspertdən Qarabağ AÇIQLAMASI: Müharibə qaçılmazdı


"Mən baş verənləri izləyirəm və təəssüflə deyə bilərəm ki, müharibə praktiki olaraq qaçılmazdır”, - ekspert deyib.

Bəs tərəfləri təxribata sürükləyən, təmas xəttində bu cür gərginliyi yaradan kimdir? Felgenhauerin fikrincə, xarici qüvvələr hazırda başqa işlərlə məşğuldurlar. Hətta bu yaxınlarda Bakıda keçirilmiş ABŞ və Rusiya Baş Qərargah rəislərinin səs-küylü görüşünün də heç bir vəchlə Qarabağ münaqişəsinə aidiyyəti yox idi.

"Dünya cidd-cəhdlə Qarabağı unutmağa çalışır, - ekspert deyir. – Nə qədər ki, müharibə başlamayıb, bu problem yada düşməyəcək”.

Hərbi analitikin sözlərinə görə, hazırda tərəflər razılığa gələrək gərginliyi azalda bilərlər. Lakin bütün bunlar müvəqqətidir.

"Eyni zamanda, təmas xəttində atəşkəsə nəzarət edən yoxdur. Bununla birgə, tərəflər güzəştə getmir və hərənin özünə görə hərbi əmıliyyatları başlamaq üçün əsası var”, - analitik qeyd edib.

Felgenhauerin dediyinə görə, vəziyyət acınacaqlıdır.

"İndi "Müharibə başlayacaq, ya yox?” soruşmağın mənası yoxdur. Sualı başqa cür qoymaq lazımdır: O, nə zaman başlayacaq?”, - Felgenhauer vurğulayıb.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница