Yeni xəbərlər
Vətən Müharəsi qazisi, "Yaşat" Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilən...
"İki həftə əvvəl Rize-Artvin hava limanının açılışında qardaşım İlham Əliyevlə...
Bu gün Azərbaycanın milli bayramı - Müstəqillik Günü qeyd olunur. 104 il əvvəl...
Türkiyənin "Baykar Savunma" şirkətinin texniki direktoru, "Bayraqdar" pilotsuz...
Mayın 28-ə gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Ekologiya və Təbii...
Türkiyənin Uşak şəhərində bir vətəndaşın meymunçiçəyi virusuna yoluxması...
Son zamanlar "meymun çiçəyi" deyilən virusun xarici ölkələrdə yayıldığı barədə...
İngiltərədə yeni virus aşkarlanıb. Sonxeber.az xarici mətbuata istinadən xəbər...
Mayın 1-dən etibarən Azərbaycan Respublikasında tibbi maskalardan məcburi...
Sabah gündüz saatlarında hava yağmursuz keçəcək, cənub küləyinin sürəti...
Баннер
Баннер
Aylıq qazancınız sizi qane edirmi?
Son rəylər
Admin
Цитата: CalvinnowПривет! Я впервые, не могу найти правила, киньте инфу пжлст https://may.az/rules.html...
25 мая 2022 16:19
Calvinnow
Привет! Я впервые, не могу найти правила, киньте инфу пжлст...
25 мая 2022 03:34
Admin
Гость ChuckSuime, nə lazımdı?...
23 сентября 2021 16:54
Гость ChuckSuime
Кто либо распологает сведениями, как контактировать с администратором? Катаю в обратную связь, он не дает ответ....
25 августа 2021 00:33
» » Aeroport yolundakı dəhşətli qəzanın SƏBƏBLƏRİ AÇIQLANDI

Aeroport yolundakı dəhşətli qəzanın SƏBƏBLƏRİ AÇIQLANDI

19 окт 2021, 11:57, Admin
0 Комментариев    123 Просмота
"Bakı kimi böyüyən şəhərdə yol-nəqliyyat infrastrukturu, yol hərəkətinin təşkili, təhlükəsizliyinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılmalıdır. Bu məsələlərdə səhlənkarlıq, planlaşdırmanının olmaması, korporativ maraqların ön plana çıxması sonra insan həyatları bahasına başa gəlir".
Bu sözləri Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev 13 oktyabr 2021-ci il tarixində Mərdəkan istiqamətində beş nəfərin ölümü, 25 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən qəzanın səbəbləri barədə danışarkən deyib.
"Hadisə baş vermiş cibli avtobus dayanacağı yerüstü piyada keçidinin yaxınlığında, eyni zamanda şosenin üfüqi əyrisində və yerli əhəmiyyətli yolun şose ilə birləşməsinin sürətləndirmə zolağından bir qədər aralı yerləşir.
İndi isə səbəblər barədə danışaq, hər bir yol-nəqliyyat hadisəsinin çoxlu səbəbləri olur, bunları aşağıdakı kimi qruplaşdırmaq olar:
İnsan faktoru
- Yük maşınının sürücüsünün gecə vaxtı uzun məsafəni qət edərək istirahət etməməsi.
- Sürücünün az sürücülük təcrübəsinə malik olması və çox gənc olması.
- Yük maşınının sürücüsünün yuxulaması nəticəsində idarəetməni itirməsi.
- Avtobus gözləyən sərnişinlərin dayanacaq pavilionunda deyil, yerüstü piyada keçidinin altında yerləşəm ticarət köşkünün yanında toplaşması.
Nəqliyyat vasitəsi faktoru
- "Daewoo BS90" markalı avtobusunun ağırlıq mərkəzinin yuxarı olması onun aşma ehtimalını artırır. Bu nəqliyyat vasitəsinin sərnişinlər üçün yetərli təhlükəsizliyi təmin edə bilmir (avtobusların yenilənməsi bu kimi problemlərin aradan qalxmasına hədəflənir).
- Yük avtomobilinin nasaz olma ehtimalının olması.
Sosial-iqtisadi faktorlar
- Yük maşınının sürücüsünün müvafiq icazə olmadan yükdaşıma fəaliyyəti ilə məşğul olması.
- Dayanacaq cibinin çox zaman qeyri-formal nəqliyyat tərəfindən (1 manatlıq taksilər) zəbt edilməsi ilə avtobusların dayanacaq pavilionunda saxlamasına əngəl olmaqla yükdaşıma fəaliyyətinin zəif tənzimlənməsi.
Ümumi problemlər
- Sürücülük vəsiqələrinin verilməsinin təkmilləşməsi.
- Sürücülük hüququ verilərsə belə müvafiq hallarda zəruri təcrübə tələbi.
- Qeyri-formal sərnişindaşıma ümumilikdə sərnişin təhlükəsziliy riskləri yaradır.
- yükdaşımada texniki və tibbi müayinənin keçirilməsi tələbi.
Hesab edirəm ki, bu qəza və onun ağır nəticələri əlaqədar dövlət qurumları üçün bu sahədə problemlərin həlli istiqamətində real olaraq hərəkətə keçilməsi üçün ciddi siqnal olmalıdır. İctimaiyyət nümayəndələri də bu məsələləri diqqət mərkəzində saxlamalı və davamlı islahatların həyata keçirilməsinə nail olmalıdır", - deyə Ə.Nuriyev bildirib.
Qeyd edək ki, 13 oktyabr 2021-ci il tarixində saat 06:40 radələrində Əzizov Mahmud Babagözəl oğlu idarə etdiyi "Mercedes-Benz" markalı, 99-DH-343 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Aeroport şosesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən qarşıda gedən Abdullayev Tahir Ruhulla oğlunun idarə etdiyi "Daewoo" markalı, 10-TH-116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb, nəticədə avtobus səkidə və yol kənarında dayanan adamların üzərinə aşıb.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Qəzanın yük avtomobilinin sürücüsünün sükan arxasında yuxulamasının səbəb olduğu bildirilib. Yük avtomobilinin sürücüsü Əzizov Mahmud Babagözəl oğlu həbs edilib.
Oxşar xəbərlər:
18 апр 2022, 19:45    2 214    0
Dişlərin sağlamlığını qorumaq üçün əsas şərt gigiyena qaydalarına əməl etməkdir. Gigiyena qaydaları...
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив