Пятница
янв 15

Vətəndaşlarımız Şuşaya nə zaman KÖÇƏCƏK? - AÇIQLAMA


Sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı qələbəsi və ərazi bütövlüyün tam təmin edilməsi ilə yekunlaşdı. Bu gün hər kəsi maraqlandıran sual Şuşaya və digər işğaldan azad etdiyimiz rayonlara vətəndaşlarımızın nə zaman köçürüləcəyi barəsindədir.
BiG.AZ xəbər verir ki, məsələ ilə bağlı Sonxeber.az-ın sualını cavablandıran deputat Ceyhun Məmmədov bildirib ki, hazırda bu istiqamətdə ciddi işlər görülür:
"Bütün işğaldan azad olunan rayonlarda bir neçə qurumun komissiyası fəaliyyət göstərir. Bu komissiyalar müxtəlif istqamətdə işlər görürlər. Bəzi rayonlarda minalar təmizlənməlidir. Bəzi şəhərlər, bilirsiniz ki, tamamilə dağıdılıb. Şuşaya gəldikdə isə, orada vəziyyət fərqlidir. Şəhər, demək olar ki, ümumilikdə abaddır. Amma bəzi yerlər var ki, dağıdılıb və baxımsızdır. Bir neçə gün öncə orada böyük heyət oldu. Bir neçə dövlət orqanlarının nümayəndələri baxış keçirdilər. Şuşada normal vəziyyətdə olan evlər və binalar var. Ona görə də burada dəqiq siyahının hazırlanması, dəqiqləşmə işlərinin aparılması nəzərdə tutulur. Bu, vaxt aparan işdir. Amma digər rayonlarla müqayisədə, Şuşaya əhali daha tez köçürülə bilər. Əlbəttə, bu, cənab Prezidentin qərarından asılıdır. Müvafiq komissiyaların da rəyi önəmlidir".
Deputat qeyd edib ki, Şuşaya bizim əhalimizin köçürülməsi o qədər də uzaqda deyil:
"Bilirsiniz ki, orada bir sıra müəssisələr fəaliyyətə başlayıb: çörək sexi, market və s. Hazrda dövlət orqanları bu sahədə çalışır. Yəni orada ayrı-ayrı dövlət strukturları da fəaliyyətə başlayıb. Mən düşünürəm ki, bu proses çox çəkməyəcək və şuşalılıar öz dədə-baba yurduna köçürüləcəklər. Bir məqamı da qeyd edim ki, buraya işıq çəkilib, amma qaz və su təminatı da yüksək səviyyədə tənzimlənməlidir. Köçürülən əhalinin təhsil, bağça və səhiyyə təminatı ödənilməlidir. Ona görə də bütün məsələlər dəqiq öyrənildikdən sonra konkret qərar qəbul ediləcək və əhalinin oraya köçürülməsinə başlanılacaq".

Комментарии (0)

Оставить комментарий