16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Azərbaycanda qazdan qanunsuz istifadəyə görə yeni cərimələr tətbiq olunacaq

Azərbaycanda qazdan qanunsuz istifadəyə görə yeni cərimələr tətbiq olunacaq
Azərbaycanda qazdan qanunsuz istifadəyə görə yeni cərimələr tətbiq olunacaq


Azərbaycanda qaz sayğaclarının mühafizəsi və kommersiya itkilərinin azaldılması üçün əlavə mexanizmlərin, o cümlədən təbioi qazdan qanunsuz istifadəyə görə yeni cərimələrin tətbiqi tətbiqi zəruridir və nəzərdən keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"də bildirilir.

"Yığım səviyyəsinin artırılması məqsədilə təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiq edilməsi üçün Azərbaycanla müqayisə oluna bilən ölkələr üzrə beynəlxalq təcrübə araşdırılmaqla, qanunvericilikdə müvafiq düzəlişlərin edilməsi nəzərdən keçiriləcək. Bundan əlavə, Azərbaycan ölkənin təbii qaz təchizatı sektorunun uzunmüddətli uğurunu təmin etmək və təbii qazdan daha çox dəyər əldə etmək məqsədilə zəruri tədbirlər görərək maliyyə vəsaitləri cəlb edəcək", - deyə sənəddə qeyd olunur.

"Strateji Yol Xəritəsi"nə əsasən, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İB sızıntı və ya itkilərin ən yüksək olduğu regionların müəyyən edilməsi üçün, ilk öncə, mövcud şəbəkənin, o cümlədən qazpaylama xətlərinin hərtərəfli qiymətləndirilməsini həyata keçirəcək və bu qiymətləndirmənin nəticələrinə əsasən, modernləşdirmə xərci və itkilərin səviyyəsi kimi iki meyar üzrə regionları qruplaşdıraraq matris yaradacaq və müəssisə üzrə inkişaf planını hazırlayacaq: "Daha sonra, qazpaylama infrastrukturu olmayan ərazilərdə qazpaylama şəbəkəsinin yaradılması və ya modernləşdirilməsi üçün baş plan hazırlayacaq. Bu zaman, Bakı şəhərinin və regionların matrisin yüksək itki və ya aşağı xərc qrupunda prioritetləşdirilməsi vacib hesab olunur. Eyni zamanda, texniki itkilərin qarşısının alınması üçün Bakı regionuna əsaslı investisiya qoyuluşları, habelə yığım səviyyələrinin yüksəldilməsi məqsədilə təbii qazdan qanunsuz istifadəyə görə cərimələrin müəyyən edilməsi nəzərdən keçiriləcək".

Sənəddə həmçinin bildirilir ki, ölkənin qazpaylayıcı sisteminə nəql olunan təbii qazın keyfiyyət göstəricilərinin beynəlxalq standartların tələblərinə tam uyğunlaşdırılması, qazpaylayıcı sistemin texniki vəziyyətinə mənfi təsirlərin azaldılması və istehlakçı məmnuniyyətinin artırılması üçün şəbəkəyə ötürülən təbii qazın təmizlənməsi üzrə müvafiq tədbirlər həyata keçirilməlidir.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница