16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Şuşa adından istifadəyə dair məhdudiyyətlər tətbiq ediləcək

Şuşa adından istifadəyə dair məhdudiyyətlər tətbiq ediləcək
Şuşa şəhərinin adından istifadə edilməsi qaydası müəyyənləşir.
BiG.AZ xəbər verir ki, yeni qaydalar parlamentin bugünkü iclasında I oxunuşda müzakirəyə çıxarılan "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasının qanunları ilə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallar istisna olmaqla, aşağıdakı hallarda "Şuşa" sözündən ("Şuşa" sözü olan söz birləşməsindən) istifadəyə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə yol verilir:
- hüquqi şəxslərin, o cümlədən media subyektlərinin adlarında;
- mükafatların və təltiflərin adlarında;
- yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman və digər yarışların, konsertlərin, festivalların, sərgilərin, konfransların, seminarların adlarında;
- kommersiya və reklam məqsədilə;
- əmtəə nişanlarında və coğrafi göstəricilərdə.
Həmin hallarla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu öz adından və rəsmi "Şuşa" adından istifadə etməkdə müstəsna hüquqa malikdir.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница