
06
декабря
2020
16:12
Azərbaycanda koronavirusa yeni yoluxanların sayı AÇIQLANDI - 39 nəfər vəfat etdi

Nazirlər Kabineti yanında Operativ Qərargahdan MAY.AZ-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 39 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 146 679 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 88 497 nəfər müalicə olunaraq sağalıb, 1 6 32 nəfər vəfat edib, aktiv xəstə sayı 56 550 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 197, bu günə qədər isə ümumilikdə 1 837 001 test icra olunub.