08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

MTRŞ televiziyalara tövsiyələr verib

MTRŞ televiziyalara tövsiyələr verib
MTRŞ televiziyalara tövsiyələr verib


Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin bütün cəbhə boyu istiqamətlərdə mövqelərimizi ələ keçirmək məqsədilə genişmiqyaslı hərbi təxribatına qarşı Azərbaycan Ordusunun geniş əks-hücumu başlanıb. Həyata keçirilən tədbirlər ilə düşmənə layiqli cavab verilir.

MAY.AZ xəbər verir ki, bu Milli Televiziya və Radio Şurasının bəyanatında qeyd olunub.

Bildirilib ki, hərbi əməliyyatların getdiyi şəraitdə, internetin məhdudlaşdırılmasının zəruri olduğu bir zamanda, televiziya və radio kanallarından təqdim olunan informasiyanın əhəmiyyəti dəfələrlə artır.

“Belə bir şəraitdə Milli Televiziya və Radio Şurası olaraq ölkədə fəaliyyət göstərən teleradio yayımçılarına və subyektlərinə müraciət edir və aşağıdakı vacib məqamların nəzərə alınmasını xahiş edirik:

1) Təqdim olunan informasiya və məlumatlar, həmçinin, video reportajlar istisnasız olaraq rəsmi mənbələrə əsaslanmalıdır;

2) Sosial şəbəkələrdən istifadənin məhdudlaşdırılmasını və bunun nəticəsində əhali arasında yarana biləcək narahatlığın qarşısının alınmasının zəruriliyini nəzərə alaraq teleradio yayımçıları daha mütəmadi və operativ informasiya təqdim etməyə çalışmalıdırlar. Bunun üçün qaçan sətirlə informasiyanın təqdim olunmasından və ya qısa xəbər buraxılışlarından istifadə olunması tövsiyə olunur;

3) Cəbhə bölgəsindən gələn xəbərlərin əhalidə yarada biləcək narahatlığını nəzərə alaraq efir zamanı qəmgin proqramlardan imtina olunması, efirin nikbin ruhlu hərbivətənpərvərlik proqramları ilə zənginləşdirilməsi xüsusi əhəmiyyət daşıyır;

4) Xarici ölkələrin televiziya kanallarını retranslyasiya edən ödənişli platforma operatorlarından (kabel, İPTV, OTT və s.) xahiş olunur ki, proqramlarının redaksiya nəzarəti erməni dairələrinə mənsub olduğu ehtimal olunan xarici kanalların retranslaysının dayandırılması məsələsini nəzərdən keçirsinlər.

Milli Televiziya və Radio Şurası olaraq, bütün telaradio yayımçılarından və operatorlarından son vəziyyətə anlayışlı və həssas reaksiya vermələrini xahiş edirik. Allahdan Azərbaycan Ordusuna zəfər diləyirik!”.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница