3.10.2016 Paylaşdı: Admin 826 0

Papa gəldi: KİA-da gəzəcək, Əliyevin mühafizəçiləri qoruyacaq

Papa gəldi: KİA-da gəzəcək, Əliyevin mühafizəçiləri qoruyacaq

Papa gəldi: KİA-da gəzəcək, Əliyevin mühafizəçiləri qoruyacaq


Roma Papası Fransiskin Azərbaycana səfəri başlayıb. Heydər Əliyev Bakı Beynəlxalq Hava Limanında qonağı baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmilər qarşılayıb.

Virtualaz.org xəbər verir ki, Papa Fransisk Bakıya Tiflisdən gəlib. Proqrama əsasən səfər çərçivəsində Roma Papası əvvəlcə Bakıdakı katolik kilsəsində dini ayin keçirəcək. Sonra Bakıdakı katolik kilsəsində rahiblərlə birgə nahar edəcək. Daha sonra Roma Papası və Azərbaycan prezidenti İlham Əliyevin təkbətək görüşü , ardınca pantifikin Heydər Əliyev Mərkəzində ictimaiyyət qarşısında çıxışı nəzərdə tutulub.

Səfər proqramına, həmçinin, Roma Papası Fransiskin bütün Qafqazın şeyxi, QMİ rəhbəri Allahşükür Paşazadə və ölkənin dini icmalarının rəhbərləri ilə görüşü də daxildir.

Bundan başqa, Fransisk "Heydər Məscidi” və Şəhidlər Xiyabanına baş çəkəcək. Səfər bu gün axşam başa çatacaq.

O da məlum olub ki, Papa Fransisk Bakıda KİA markalı avtomobillə hərəkət edəcək, avtomobilin sükanı arxasında pantifikin şəxsi sürücüsü olacaq. Papanın kortejinin keçdiyi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Pantifikin təhlükəsizliyini Baş Dövlət Xüsusi Mühafizə İdarəsinin əməkdaşları və Vatikanın təhlükəsizlik xidməti birgə təmin edəcək.

Səfər ərəfəsində Papanın loqotipi təqdim olunub. Orada Azərbaycanın rəmzlərindən alov dilimi milli bayrağın rəngləri fonunda əks edilir. Alov dilimi xaçı bürüyür və bu da Azərbaycanda xristianlığın qədim köklərinə işarədir. Xaçın sarı rəngi isə Vatikanı simvolizə edir.

Papanın Qafqaz regionuna sülh mesajı ilə səfərə çıxdığını bildirmişdi. O, bu ilin yayında Ermənistanda səfərdə olub. Jurnalistlər Fransiskdən Azərbaycana səfəri zamanı hansı mesajı çatdıracağını soruşanda o belə cavab vermişdi: "Mən azərbaycanlıara onu çatdıracağam ki, kiçik torpaq parçasına görə sülhə gəlməmək qəddarlıqdır...Bilmirəm başqa nə demək olar...”


Ən çox oxunanlar
Yeni xəbərlər
Tags
MP3
Təqvim
«    Февраль 2023    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Sorğu

Опрос

Saytımızda ən çox oxuduğunuz xəbərlər^


Statistika