18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

Dövlət Statistika Komitəsi sahibkarlara müraciət etdi

Dövlət Statistika Komitəsi sahibkarlara müraciət etdi
Dövlət Statistika Komitəsi sahibkarlara müraciət etdi


Dünyada sürətlə yayılan koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluğa və sahibkarlıq subyektlərinə təsirinin minimuma endirilməsi məqsədilə Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamına əsasən, müvafiq tədbirlərin görülməsinə başlanılıb.

Bu barədə Dövlət Statistika Komitəsinin idarə, müəssisə və təşkilatlara müraciətində bildirilir.

Qurum bəyan edib ki, dövlət dəstəyinin ünvanlı olması, nəticələrin düzgün qiymətləndirilməsi üçün ölkə iqtisadiyyatında baş verən proseslərin vaxtında və davamlı olaraq müşahidə olunması və operativ qərarların qəbul edilməsi məqsədilə statistik informasiya təminatının daha da gücləndirilməsi tələb olunur.

“Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlər çərçivəsində ölkəmizdə qeyri-iş günlərinin uzadıldığına rəğmən, yuxarıda qeyd olunanları nəzərə alaraq, xüsusi karantin rejiminin tələblərini pozmadan cari ilin mart ayı üzrə rəsmi statistika hesabatlarının mümkün qədər qısa müddətdə, lakin aprelin 7-nə qədər onlayn rejimdə təqdim edilməsini sizdən xahiş edirik”, - deyə müraciətdə qeyd olunub.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница