16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Çində daha bir ölümcül virus aşkarlandı - Kütləvi tələfat var

Çində daha bir ölümcül virus aşkarlandı - Kütləvi tələfat var
Çində daha bir ölümcül virus aşkarlandı - Kütləvi tələfat var



Koronavirus epidemiyasının bürüdüyü və hər gün onlarla adamın öldüyü, minlərlə adamın yoluxuğu Çində daha bir ölümcül virus aşkarlanıb.

BiG.AZ virtualaz.org-a istinadən bildirir ki, ölkənin Xunan əyalətində H5N1 kod adlı quş qripinin qəfil yayılması qeydə alınıb. Çinin Kənd Təsərrüfatı Nazirliyinin bildirdiyinə görə, yüksək patogenli quş qripi yerli fermalardan birində aşkarlanıb və orada qanadlılardan yarıdan çoxu tələf olub. Virusun insana keçməsi halları barədə hələ məlumat yoxdur.

Xunan əyaləti koronavirus epidemiyasının episentri olan Xubey əyaləti ilə həmsərhəddir.

Quş qripi insana keçdiyi təqdirdə kəskin infeksion xəstəlik yaradır. Bu zaman bədən temperaturu 38 dərəcəyə qədər artır, baş ağrıları, əzələ ağrıları, boğaz ağrısı qeydə alınır. Xəstənin vəziyyəti pisləşir və 2-3 gün sonra bəlğəmli öskürək başlayır, daha sonra nəfəsalmanın çətinləşməsi baş verir, qara ciyərin, böyrəklərin və beynin zədələnməsi halları mümkündür. Quş qripi qeyri-adi şəkildə sürətlə yayılır və bu virusdan ölüm riski yüksəkdir.

İnsanın virusa yoluxması bu virusun daşıyıcısı olan qanadlılarla sıx təması zamanı mümkündür. Habelə quş qripinə yoluxmuş qanadlının ətinin kifayət qədər termik emal edilmədən yeyilməsi də yoluxmaya səbəb ola bilər.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница