08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Həbsdən çıxan Fədayə Laçın "Qoca"nın məzarını ziyarət edəcəkmi? - ÖZÜ AÇIQLADI

Həbsdən çıxan Fədayə Laçın "Qoca"nın məzarını ziyarət edəcəkmi? - ÖZÜ AÇIQLADI
Həbsdən çıxan Fədayə Laçın "Qoca"nın məzarını ziyarət edəcəkmi? - ÖZÜ AÇIQLADI


Fədayə Laçın "Ölkə.Az"-ın suallarını cavablandılrıb

- Çox sevincliyəm. Nə deyə bilərəm ki? Gələnlər var, dostlar, jurnalistlər burdadırlar. Bu dəqiqə nə baş verdiyini, hansı hissləri keçirdiyimi anlamıram.

- Bacınız İlahə Fəda bildirmişdi ki, bu son iki gün geridə qalan iki ildən daha ağır keçdi.

- Son iki gündə çox həyəcanlı idim. Heç beş il cəza alanda bu qədər həyəcanlı olmamışdım. Amma son günlərdə mənimlə birlikdə saxlanılan qadınlar da yatmırdılar, saatları sayırdılar. Çox şükür ki ailəmə qovuşdum, sənətimə də qovuşacağam.

- Buna həyatınızın ən sevincli günü deyə bilərikmi?

-Əlbəttə, bundan sevincli günüm ola bilməz. Allah cəmi dustaqlara, azadlıq arzusunda olanlara bu günü qismət etsin.
- Yəqin ki, haqqınızda yazılanlar qulağınıza çatırdı...

- Bəli, az-çox eşidirdim. Mənə böyük dəstək olduğundan xəbərdaram. Mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Ailəmə istər maddi, istər mənəvi çox dəstək oldular. Tanımadığım insanlardann dəstək gördüm.

- Bildiyimə görə noyabr ayı üçün toylara dəvətləriniz var.

- Bəli, bacıma zəng vurub deyiblər. O da deyib ki, Fədayə çıxsın, özüylə danışın. Əslində, oxumaq üçün ürəyim də partlayır. Amma istirahət etmək də istəyirəm. Kütlə qarşısında, sevənlərim üçün oxumaq istəyirəm. Ailəmlə bir az vaxt keçirdikdən sonra səhnəyə qayıdacağam.

- Sosial şəbəkələrdə ən çox verilən bir sual var. Sevdiyiniz insanın məzarını ziyarət edəcəksinizmi?

- Mən o barədə danışmaq istəmirəm.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница