08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Ən qorxulu kvestin qalibinə 20 min dollar veriləcək – Sağ qalsa

Ən qorxulu kvestin qalibinə 20 min dollar veriləcək – Sağ qalsa
Ən qorxulu kvestin qalibinə 20 min dollar veriləcək – Sağ qalsa


Dünyanın ən qorxulu kvestini bütün qaydalara riayət edərək keçən şəxsə 20 min dollar veriləcək.

“MovieWeb”in məlumatına əsasən, bu barədə kvestin müəllifi Rass Makkeymi bildirir.

ABŞ-ın Tennesi ştatında yerləşən “Ruhlu malikanənin” sahibi (ekstremal attraksionun adı – red.) qeyd edib ki, hələ heç kim bu vahiməli evdə bircə gecə də olsa qala bilməyib.


Kvestin tematikasından asılı olaraq, ekstrim sevənlər hörümçək, ruh və ya bədheybətlərlə qarşılaşa bilərlər. Bunların da hamısı o dərəcədə canlı görünür ki, çoxları oradan isterikada çıxır.

Kvestdə iştirak etmək istəyənlər 21 yaşdan yuxarı olmalı, 40 səhifəlik müqavilə imzalamalı, psixoloq və narkoloqdan arayış gətirməli, eləcə də videotestdən keçməlidirlər.

Eyni zamanda, qışqırmaq, söyüş söymək, gizlənmək, rekvizit və aktyorlara toxunmaq olmaz. Qaydaların heç olmasa biri də pozulduğu halda, iştirakçı 20 min dollarlıq mükafatdan məhrum olur.

Xoşbəxtlikdən, girişin dəyəri Makkkeymin vahiməli evini qoruyan beş it üçün bir torba yeməkdir.(oxu)

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница