16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Azərbaycanda qəbir yerləri ilə bağlı YENİLİK

Azərbaycanda qəbir yerləri ilə bağlı YENİLİK
Azərbaycanda qəbir yerləri ilə bağlı YENİLİK


Azərbaycanda qəbiristanlıqlar bələdiyyələrin balansına keçiriləcək.

BiG.AZ ona-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

Onun sözlərinə görə, Komitə Azərbaycan İqtisadiyyat Nazirliyi ilə birgə qəbiristanlıq və onların salınması ilə bağlı məsələlərin tənzimlənməsi üçün sənəd hazırlayıb.

"Bu sənəd Nazirlər Kabinetində artıq təsdiqlənib. Eyni zamanda, Nazirlər Kabinetinin sərəncamına əsasən, qəbiristanlıqları sənəddə nəzərdə tutulduğu kimi, bələdiyyələrin balansına keçməsi ilə bağlı müddət göstərilib. Həmin müddət ərzində bələdiyyələrin balansına keçməli olan qəbiristanlıqlarda bu proses yekunlaşdırılacaq", - deyə sədr müavini bildirib.

Sədr müavini həmçinin bildirib ki, sənəddə bir çox məsələ öz əksini tapıb. Məsələn, qəbiristanlıqlar salınarkən bütün normalar müəyyənləşdirilib, eyni zamanda, ən çox cəmiyyəti narahat edən məsələ torpağın pulsuz ayrılmasıdır ki, bu da sənəddə öz əksini tapıb.

"Sənəddə əksər məsələlər, demək olar ki, qəbiristanlıqların salınması, dəfn işinin təşkili ilə bağlı bütün məsələlər öz əksini tapıb, o cümlədən də torpağın pulsuz verilməsi məsələsi də. Bununla yanaşı önəmli məqamlardan biri də ondan ibarətdir ki, qəbirlər arası məsafə konkret göstərilib, qəbir daşların ölçüsü konkret gözlənilib. Düşünürəm ki, qəbiristanlıqların bələdiyyələrin balansına keçməsindən və bu prosedur yekunlaşandan sonra həmin bu sənədin icrasına başlanılacaq. Bu sənəd imkan verəcək ki, biz qəbiristanlıqlarda dəfn işləri ilə bağlı məsələləri tənzimləyə bilək. Qeyd edim ki, bu, yalnız qəbiristanlıqlar və dəfn işinin təşkili ilə bağlıdır. Yaş mərasimlərin bura aidiyyəti yoxdur", - deyə sədr müavini bildirib.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница