16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Sabah ilin ilk Ay tutulması baş verəcək

Sabah ilin ilk Ay tutulması baş verəcək
Sabah ilin ilk Ay tutulması baş verəcək


Bu ilin ilk Ay tutulması hadisəsi sabah qeydə alınacaq.

BAKU.WS xəbər verir ki, AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov “Report”a açıqlamasında deyib ki, təbiət hadisəsi yanvarın 31-də saat 15:48:27-də başlayacaq.

Onun sözlərinə görə, tam tutulmanın başlanması saat 16:51:47-də olacaq ki, bu zaman ayın səthi tam tutulacaq: “Proses saat 18:07:51-də sona çatacaq. Tam tutulma hadisəsi 1 saat 16 dəq davam edəcək. Bu müddətdə Ayın səthi tam qaranlıq, yəni, Ay qızarmış formada olacaq”.

Rəsədxana rəsmisi qeyd edib ki, tutulmanın sonu, yəni Ayın səthinin yavaş-yavaş açılmağa başlaması və tutulmanın tam sona çatması prosesi saat 19:11:11-də olacaq: “İlk Ay tutulma hadisəsi Azərbaycan ərazisi üçün saat 18:00-dan etibarən Ay doğduqdan sonra Ayın səthinin aşağı hissədən yavaş-yavaş açılmağa başlaması kimi müşahidə ediləcək. Bu da o deməkdir ki, ilk tutulmanı tam şəkildə Azərbaycanda müşahidə etmək mümkün olmayacaq. İnsanlar bunu Qazaxıstan, Monqolustan və üzü Yaponiyaya doğru şərq istiqamətindəki ölkələrdə görə biləcəklər”.

Qeyd edək ki, ikinci Ay tutulması bu il iyulun 28-də baş verəcək.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница