16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bakıda ər onunla cinsi əlaqəyə girməyən arvadını BELƏ CƏZALANDIRDI

Bakıda ər onunla cinsi əlaqəyə girməyən arvadını BELƏ CƏZALANDIRDI
Bakıda ər onunla cinsi əlaqəyə girməyən arvadını BELƏ CƏZALANDIRDI


Keçən ilin oktyabrında Bakının Suraxanı rayonunda boşandığı həyat yoldaşını öldürən Xətai rayon sakini, 1983-cü il təvəllüdlü Məmmədov Xosrov Elman oğlunun cinayət işi məhkəməyə göndərilib.

1985-ci il təvəllüdlü Məmmədova Əfsanə Fəxrəddin qızını çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirən X.Məmmədov barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü, yəni xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə maddəsi ilə Suraxanı rayon Prokurorluğunda açılan cinayət işinin ibtidai istintaqı yekunlaşıb. İş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Cavid Hüseynovun sədrlik etdiyi kollegiya tərəfindən baxılacaq.

Qeyd edək ki, keçən ilin oktyabrında Xətai rayon sakini, 1983-cü il təvəllüdlü Xosrov Elman oğlu Məmmədov küçənin ortasında keçmiş həyat yoldaşı, Qaraçuxur qəsəbəsində yaşayan 33 yaşlı Əfsanə Fəxrəddin qızı Məmmədovanı bıçaqla qətlə yetirib.

X.Məmmədov ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq rayon prokurorluğuna təhvil verilib. İlkin dindirmələr zamanı qətlin motivi məlum olub.

Belə ki, Əfsanə Məmmədova ilə Xosrov Məmmədov bir müddətdir ki, boşanıblar, birgə nikahdan övladları da var. Ancaq boşansalar da Xosrov Əfsanədən əl çəkməyib və zorla onunla cinsi əlaqədə olmaq istəyib.

Elə bu səbəbdən də qadın Xətai rayon Prokuroluğuna və 37-ci Polis Bölməsinə şikayət edib. Xosrov isə bu şikayətdən əsəbləşərək keçmiş arvadını öldürmək qərarına gəlib və cibinə bıçaq qoyaraq niyyətini həyata keçirib.

mənbə: news24.az

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница