16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

"Rəşad 6 aydır narkomaniyaya qarşı mübarizə aparırdı"

"Rəşad 6 aydır narkomaniyaya qarşı mübarizə aparırdı"
Xəbər verdiyimiz kimi, Rəşad Dağlı qonşusunu bıçaqlayaraq cinayət hadisəsi törədib.
Axşam.az xəbər verir ki, sənətçi 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi qətlə yetirib. İddiaya görə mübahisəyə səbəb Rəşadın narkotik maddə ilə bağlı dediyi meyxana olub. Məsələ ilə bağlı prodüser Ataş Hüseyn "Təsir dairəsi" verilişində münasibət bildirib:
"Mən bilmirəm ki, bu meyxanadan söhbət gedir ya yox. Amma Rəşad son 5-6 aydır qarşısına məqsəd qoymuşdu, narkomaniyaya qarşı mübarizə aparırdı.
Onu illərdir tanıyıram, bir məhəllənin adamıyıq. Sənətindən əlavə çox gözəl insandır, adam öldürən biri deyil. Polis bölməsinə yanına getmişdim, buraxmadılar. Gör necə bir vəziyyət yaranıb ki, Rəşad onu vurmaq məcburiyyətində qalıb. Yəqin ki, Rəşad özünü müdafiə edib. Mən belə başa düşürəm. Belə fikirləşirəm ki, onu təhqir edib. Rəşad onunla görüşə tək gedib, istəyib başa salsın. Yəqin maşında təhqirləri artırıb, hətta ola bilər ki, bıçaq çıxarıb. O bıçaqla da əlbəyaxa olublar. Başqa cür ola bilməz. Mən onu tanıdığım qədər heç qohumları tanımır. Rəşad ciddi adamdır, söz götürməz. Çox sakit adam idi, efirlərə çıxmırdı ki, qalmaqaldan uzaq olsun. Bu adamı necə bir vəziyyətə gətiriblər ki, belə hadisə baş verib".


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница