16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

50 yaşında həyatını dəyişdi, milyonçu oldu - VİDEO - FOTO

50 yaşında həyatını dəyişdi, milyonçu oldu - VİDEO - FOTO
50 yaşında həyatını dəyişdi, milyonçu oldu - VİDEO - FOTO



Todd Vande Şey xalça və xalı istehsal edən şirkətdə icraçı direktor işləyirdi. 30 yaşı olanda o, həyatının ən ağır problemlərindən biri ilə qarşılaşdı. Şirkətin direktorlar şurası onu vəzifəsindən kənarlaşdırdı.

MAY.AZ milli.az-a istinadən bildirir ki, işsiz qalan Todd bank hesablarında qalan pulları topladı, yaşadığı malikanəni satdı, balaca ev aldı. Kiçik evdə yaşamağa başlayan Heylər ailəsinin həyatında yeni dönəm başladı.

Todd daşınmaz əmlak şirkəti qurdu və olan-qalan pullarını da həmin şirkətə yatırdı. Fəqət, Cənubi Kaliforniyanın daşınmaz əmlak bazarında yaşanan böhran nəticəsində şirkəti müflis oldu.

Depressiyaya qapılan Todd Vande Heyin orqanizmində ciddi fəsadlar yarandı. Onda boyun, çiyin, bel ağrıları başlandı, yüksək qan təzyiqi və aritmiya müşahidə olundu.

Həftənin 5 günü güclü başağrıları və miqrendən əziyyət çəkən Toddun səhhətində çox ciddi problemlər vardı. İş o yerə çatmışdı ki, günlərin birində qolf meydanında o, huşunu itirərək yerə yıxılmışdı.

48 yaşlı Todd müalicə olunurdu. Lakin o, müalicə ilə kifayətlənmədi. Daha doğrusu, "ahıl insan" sindromu yaşamaq istəmədi və məşqlərə başladı. Fitnes zalında həftənin 5 günü məşq edən Todd yeni şirkət yaratmaq qərarına gəlmişdi.

İndi o, "Stark" adlı fitnes şirkətinin sahibidir.

Todd Vande Hey fərqli taktika tətbiq edib. Hər müştəriyə, sadəcə, bir məşqçinin məsləhətlərini təqdim edən şirkətlərdən fərqli olaraq "Stark"da ekspertlər komandasından istifadə olunur. Komandaya məşqçi, dietoloq, terapevt, sinir-əzələ xəstəlikləri üzrə mütəxəssis də var. Toddun dediyinə görə, bu yolla müştəriyə fitnesdə məqsədə daha tez və keyfiyyətli halda çatmağa imkanlar yaranır.

"Məşqlər başlayandan sonra proqrama sağlam və rasional qidalanma rejimini, hiropraktikanı və naturopatiyanı əlavə edirik. Müştərilərimiz arasında orta yaşlılar da az deyil. Onların ən yaxşı nəticələrə nail olmasına çalışırıq", - Todd deyib.

50 yaşlı Toddun özü də məşq edir və fenomenal nəticələrə nail olub.

50 yaşında həyatını dəyişdi, milyonçu oldu - VİDEO - FOTO
50 yaşında həyatını dəyişdi, milyonçu oldu - VİDEO - FOTO
50 yaşında həyatını dəyişdi, milyonçu oldu - VİDEO - FOTO


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница